Tarix:26/02/13
"ICTnews" elektron xəbər xidmətinin Prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlətimizin başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğulayıb.
Henri Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirib. Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.
Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
CAHANGİR
Dünya Bankının nümayəndəsi Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını yüksək qiymətləndirib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib."ICTnews" elektron xəbər xidmətinin Prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlətimizin başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğulayıb.
Henri Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirib. Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.
Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
CAHANGİR
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet