12px13px15px17px
Tarix:26/02/13

“Ağıllı” telefona daha çox hansı tip məzmun etibar edilir?

Proqram təminatının təhlükəsizliyi ilə məşğul olan “AVG” şirkətinin yeni araşdırmasına əsasən, mobil qurğu sahiblərinin 25%-i öz cihazlarında intim xarakterli foto və videolar saxlayır.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, respondentlərin yalnız 36%-nin bank hesabının balansını “ağıllı” telefonunda saxladığı faktını nəzərə alsaq, yüksək göstəricidir.

Qeyd edək ki, “AVG” şirkətinin keçirdiyi sorğu Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Braziliyada 5107 “ağıllı” telefon istifadəçisini əhatə edib.

Emil Hüseynov



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024