12px13px15px17px
Tarix:05/03/13

Respublika Rabitə İşçiləri Veteranlar Şurasının məlumat bazasında 1451 üzvlə bağlı məlumatlar toplanıb

Respublika Rabitə İşçiləri Veteranlar Şurasının (RRİVŞ) məlumat bazasında bu gün 1451 üzvlə bağlı məlumatlar toplanıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Respublika Rabitə İşçiləri Veteranlar Şurasının (RRİVŞ) sədri İsfəndiyar İbrahimli məlumat verib.

Onun sözlərinə görə, 1451 nəfərdən 919 nəfərini hazırda işləyənlər, 532 nəfəri isə işləməyənlər təşkil edir: "Respublika Rabitə İşçiləri Veteranlar Şurası üzvlərinin 805 nəfəri "Əmək veteranı"dır.

Həmçinin bazada məlumatı yerləşdirilən üzvlərdən 27 nəfəri Böyük Vətən müharibəsi iştirakçısı və arxa cəbhədə çalışanlar, 604 nəfəri Qarabağ müharibəsində iştirak edənlər, o cümlədən 6 nəfəri Əfqanıstan müharibəsinin iştirakçısıdır.

Eyni zamanda 4 nəfər Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş, 5 nəfər isə Silahlı Qüvvələr veterandır".

Qeyd edək ki, sözügedən bazanın formalaşdırılmasına 1997-ci ildən etibarən başlanılıb. Ümumiyyətlə, məlumatlar RRİVŞ yaradılandan sonra ilkin özəklər olmayan müəssisələrdə kadrlar şöbəsinin vasitəsilə toplanılıb. Hazırda bazada olan məlumatlar daim yenilənir.

HƏQİQƏT



Baxış sayı: 1014

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024