Tarix:05/03/13
"Mançester Yunayted" ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn "Ulduzlar liqasını qarşılayın" reklam çarxı jurnalın ekspertlər qrupu tərəfindən və onlayn səsvermənin nəticələri ilə qalib seçilib.
Builki müsabiqənin iştirakçılarının sayı keçənilkinə nisbətən bir qədər az olsa da, ilk yer uğrunda mübarizə gərgin olub. İkimərhələli səsvermə nəticəsində seçilən qalib çarx xallarının yarısını sosial mediadan toplanan oxucu səsləri, yarısını isə ekspertlərin rəyi əsasında toplayıb.
Təqdim olunan reklam işlərinin yaradıcılarının müəyyən hissəsinin ekspertlər siyahısına da düşməsi səbəbilə onlardan öz işlədikləri şirkət və ya agentliyə səs verməmək şərti ilə 3 namizədə səs vermələri istənilib. Ekspertlər səsvermə zamanı kreativlik, istehsalat keyfiyyəti, effektivlik və sosial rəyi əsas 4 meyar kimi götürərək müsabiqənin qalibini seçdilər.
"Bakcell"in "Ulduzlar Liqası"nın reklam çarxı qeyd olunan meyarlara tam cavab verərək sosial media və ekspertlərin verdikləri toplam 21 xalla birinci yerin qalibi olub.
Qeyd etmək lazımdır ki, dünyaca ünlü "Mançester Yunayted" futbol komandası ilə tərəfdaşlıq müqaviləsini imzalayan "Bakcell" şirkəti Yunayted oyunçularını öz reklam çarxlarında çəkməklə Azərbaycan reklam bazarında daha bir yeniliyə imza atıb. "Mançester Yunayted" ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayan "Bakcell" şirkəti MDB məkanında daha bir ilkə imza atdı.
Mançester Yunayted ilə telekommunikasiya partnyorluğu statusunu əldə etməklə yanaşı, "Bakcell" futbola etdiyi yatırımlarla dünyanın bir nömrəli idman növünü azərbaycanlılara bir qədər də yaxınlaşdırdı. "Ulduzlar Liqasını Qarşılayın" – reklam çarxında çəkilən "Mançester Yunayted"in ulduz futbolçuları Rio Ferdinand, Rayan Giggs, Patris Evra və digərləri "Bakcell"in müştəri xidmətləri əməkdaşları kimi çıxış etməklə, həm öz azarkeşləri, həm də "Bakcell" abunəçiləri qarşısında yeni simada çıxış etdilər.
Kreativlik və istehsalat keyfiyyəti baxımından yüksək səviyyədə işlənən reklam çarxı düzgün planlaşdırılmış və çox effektiv tizer mərhələsinin də hesabına cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu.
Qeyd edək ki, artıq 5-ci ildir ki, təşkil olunan və Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədi güdən bu layihənin keçənilki qalibi də "Sür@ hədlərini aşaraq" adlı reklam çarxıyla məhz "Bakcell" şirkəti olub.
RƏVAN
“Ulduzlar Liqasını qarşılayın” ilin ən yaxşı reklam çarxı seçilib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti tərəfindən hazırlanan reklam çarxı "Mak.az" onlayn marketinq jurnalı tərəfindən keçirilən və artıq ənənəyə çevrilən "İlin ən yaxşı TV reklam çarxı" müsabiqəsinin qalibi seçilib."Mançester Yunayted" ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn "Ulduzlar liqasını qarşılayın" reklam çarxı jurnalın ekspertlər qrupu tərəfindən və onlayn səsvermənin nəticələri ilə qalib seçilib.
Builki müsabiqənin iştirakçılarının sayı keçənilkinə nisbətən bir qədər az olsa da, ilk yer uğrunda mübarizə gərgin olub. İkimərhələli səsvermə nəticəsində seçilən qalib çarx xallarının yarısını sosial mediadan toplanan oxucu səsləri, yarısını isə ekspertlərin rəyi əsasında toplayıb.
Təqdim olunan reklam işlərinin yaradıcılarının müəyyən hissəsinin ekspertlər siyahısına da düşməsi səbəbilə onlardan öz işlədikləri şirkət və ya agentliyə səs verməmək şərti ilə 3 namizədə səs vermələri istənilib. Ekspertlər səsvermə zamanı kreativlik, istehsalat keyfiyyəti, effektivlik və sosial rəyi əsas 4 meyar kimi götürərək müsabiqənin qalibini seçdilər.
"Bakcell"in "Ulduzlar Liqası"nın reklam çarxı qeyd olunan meyarlara tam cavab verərək sosial media və ekspertlərin verdikləri toplam 21 xalla birinci yerin qalibi olub.
Qeyd etmək lazımdır ki, dünyaca ünlü "Mançester Yunayted" futbol komandası ilə tərəfdaşlıq müqaviləsini imzalayan "Bakcell" şirkəti Yunayted oyunçularını öz reklam çarxlarında çəkməklə Azərbaycan reklam bazarında daha bir yeniliyə imza atıb. "Mançester Yunayted" ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayan "Bakcell" şirkəti MDB məkanında daha bir ilkə imza atdı.
Mançester Yunayted ilə telekommunikasiya partnyorluğu statusunu əldə etməklə yanaşı, "Bakcell" futbola etdiyi yatırımlarla dünyanın bir nömrəli idman növünü azərbaycanlılara bir qədər də yaxınlaşdırdı. "Ulduzlar Liqasını Qarşılayın" – reklam çarxında çəkilən "Mançester Yunayted"in ulduz futbolçuları Rio Ferdinand, Rayan Giggs, Patris Evra və digərləri "Bakcell"in müştəri xidmətləri əməkdaşları kimi çıxış etməklə, həm öz azarkeşləri, həm də "Bakcell" abunəçiləri qarşısında yeni simada çıxış etdilər.
Kreativlik və istehsalat keyfiyyəti baxımından yüksək səviyyədə işlənən reklam çarxı düzgün planlaşdırılmış və çox effektiv tizer mərhələsinin də hesabına cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu.
Qeyd edək ki, artıq 5-ci ildir ki, təşkil olunan və Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədi güdən bu layihənin keçənilki qalibi də "Sür@ hədlərini aşaraq" adlı reklam çarxıyla məhz "Bakcell" şirkəti olub.
RƏVAN
Baxış sayı: 1326
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet