12px13px15px17px
Tarix:11/03/13

ABŞ-da ən populyar “ağıllı” telefon markası hansıdır?

“ComScore” şirkətinin araşdırmasına əsasən, cari ilin yanvarında ABŞ vətəndaşlarının 129,4 milyonu “ağıllı” telefondan istifadə ediblər ki, bu da ötən ilin oktyabr üzrə yekunu ilə müqayisədə 7% çoxdur. Amerikanın mobil aparat bazarında “ağıllı” telefonların nüfuzetmə səviyyəsi 55%-ə çatıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “iPhone” amerikalıların ən sevimli qurğusu olaraq qalır: yanvarda onun bazar payı 37,8% təşkil edib.

“Samsung”un qurğuları ikinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə “HTC”, “Motorola” və “LG” şirkətləri yer alıb.

“Android” ABŞ-da ən populyar mobil platforma olaraq qalır: yanvarda bu əməliyyat sistemi ilə işləyən aparatların bazar payı 52.3% olub. “iOS” platformasının bazar payı isə 34,3-dən 37,8%-dək artıb.

Emil Hüseynov



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024