12px13px15px17px
Tarix:12/03/13

Apreldə “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçiriləcək

26-27 aprel tarixində Qafqaz Universitetində "Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı" keçiriləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş konfransın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, konfransın mövzularına informasiya və kommunikasiya texnologiyaları, mexanika mühəndisliyi, maliyyə, iqtisadiyyat, idarəetmə, dövlət və bələdiyyə idarəetməsi, sənayenin təşkili və idarə olunması, mühasibat uçotu və audit, tarix və siyasi elmlər, dəqiq və təbiət elmləri, beynəlxalq münasibətlər və s. mövzular daxildir.

Universitetdən bildirilib ki, konfransda iştirak etmək arzusunda olanlar elmi məqalələrinin tezislərini martın 1-nə qədər konfrans katibliyinə elektron poçt vasitəsilə göndəriblər:

"Tezislərin qəbulu haqqında məlumat martın 15-də veriləcək. Qəbul edilən tezislər konfrans materialı kimi çap olunacaq. Məqaləsinin çap olunmasını istəyən müəlliflər isə aprelin 1-dən gec olmayaraq məqalələrini konfrans katibliyinə göndərməlidir. Elmi Heyət tərəfindən seçilmiş məqalələr "Journal of Qafqaz University"-də çap olunacaq".

HƏQİQƏT



Baxış sayı: 1306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024