12px13px15px17px
Tarix:14/03/13

“Android” platformasının rəhbəri dəyişilib

"Google"-un mobil həllər üzrə baş vitse-prezidenti Endi Rubin vəzifəsini tərk edəcək. Bu barədə internet nəhənginin rəsmi bloqunda şirkətin baş direktoru Larri Peyc məlumat verib.

Bu vəzifəni Sundar Piçai icra edəcək. O, "Google"-da "Chrome" brauzeri və "Google Apps" tətbiqinin işlənib hazırlanması üzrə baş vitse-prezident vəzifəsini tutur.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Endi Rubin "Google"-da işləməyə davam edəcək, lakin hansı vəzifəni icra edəcəyi hələ ki bilinmir. O, şirkətdə 9 il işləyib və bütün bu illər ərzində "Android" platformasının təkmilləşdirilməsi ilə məşğul olub.

O, bu mobil əməliyyat sisteminin "ata"sı hesab olunur: 2003-cü ildə Endi Rubin tərəfindən yaradılmış "Android Inc." şirkətini 2 il sonra "Google" satın almışdı. "Android" platformasının ilk versiyası 2008-ci ildə işıq üzü görüb, bu platforma ilə işləyən ilk qurğu isə "HTC Dream" aparatı olub.

"Android" hazırda dünyada ən populyar mobil əməliyyat sistemidir. "Gartner"in qiymətləndirməsinə görə, 2012-ci ilin oktyabr-dekabr ayları ərzində dünyada satılmış "ağıllı" telefonların 70%-i "Android" ilə işləyib.

Emil Hüseynov



Baxış sayı: 887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024