12px13px15px17px
Tarix:16/03/13

Bakıda beynəlxalq seminar keçiriləcək

"Təmiz Şəhər" ASC 17-21 iyun tarixlərində Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA) və "CNİM S. A." şirkəti ilə birgə "Tullantıdan Enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi" mövzusunda beynəlxalq seminar keçirəcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, 5 gün davam edəcək tədbirdə "SYNERGIA"-nın prezidenti Efstratios Kalogirou, Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolaos Themelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri Stefano Consonni, Leuven Universiteti Kimya Mühəndisliyi fakültəsinin professoru Carlo Vandecasteele, "UV&P Ətraf Mühitin İdarəolunması və Mühəndisliyi" şirkətinin baş direktoru Franz Neubacher, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Layihələrin İdarəolunması və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov, Ətraf Mühitin və Əməyin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun direktoru Stefano Danieli və Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin direktor müavini Vüsal Nəsirli mühazirələrlə çıxış edəcəklər.

Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə olunacaq.

Seminarın sonuncu günü iştirakçılar Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olacaqlar. Regionda ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən əlaqədar sənaye sahələrinin, dövlət qurumlarının, tullantıların idarəolunması ilə bağlı layihələr planlaşdıran və həyata keçirən şirkətlərin nümayəndələri, tədqiqatçılar, universitet tələbələri, o cümlədən bu sahədə biliklərini artırmaq istəyən hər kəs tədbirə dəvət olunur.

Qeyd edək ki, "Tullantıdan Enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi" mövzusunda beynəlxalq seminarı hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il Bakıda keçiriləcək tədbirə dünyanın müxtəlif ölkələrindən 60-dan çox iştirakçının qatılacağı gözlənilir.

Tədbirdə iştirak etmək istəyənlər "Təmiz Şəhər" ASC-nin rəsmi internet səhifəsinə "http://tamizshahar.az/seminar.php" daxil olaraq seminar haqqında ətraflı məlumat əldə edə, onlayn qeydiyyat və ödəniş sistemindən istifadə edərək öz iştiraklarını təsdiqləyə bilərlər.

Məlumat üçün bildirək ki, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA) müxtəlif universitet və sənaye sahələrində çalışan mühəndislər, alimlər və menecerlərinin bir araya gələrək bərk məişət tullantıları və digər sənaye, kənd təsərrüfatı və meşəçilik tullantılarından enerji və ya yanacağın əldə edilməsi üçün ən yaxşı tullantıdan enerjiyə texnologiyalarını müəyyənləşdirmək və təkmilləşdirmək məqsədilə yaradılmış təşkilatdır.

SEYMUR



Baxış sayı: 1015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024