12px13px15px17px
Tarix:19/03/13

Elmin fundamental və tətbiqi problemləri üzrə VIII beynəlxalq simpozium olacaq

Rusiya Federasiyası Elmlər Akademiyası, Müdafiə, Sənaye və Ticarət, Elm və Təhsil nazirlikləri, Federal Kosmik Agentliyi, Ali Attestasiya Komissiyası və Elm və Texnologiyalar üzrə Regionlararası Şura birgə cari ilin 10-12 sentyabr tarixlərində Çelyabinsk vilayətində Elmin Fundamental və Tətbiqi Problemləri üzrə VIII beynəlxalq simpozium keçirirlər.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, simpoziumun proqramına "Riyaziyyat elmləri", "Fizika elmləri", "Nano və informasiya elmləri", "Energetika", "Maşınqayırma", "Mexanika və idarəetmə prosesləri", "Kimya və materiallar haqqında elmlər", "Biologiya elmləri", "Fiziologiya və tibb elmləri", "Torpaq haqqında elmlər", "Arxitektura və inşaat elmləri", "Kənd təsərrüfatı elmləri", "Təhsil və pedaqoji elmlər", " İqtisadiyyat: hüquq, maliyyə və idarəetmə" daxildir.

HƏQİQƏT



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024