Tarix:02/04/13
Federal Xidmət "YouTube"-da bəzi videoçarxların intihara təhrik etdiyini və intihar üsulları haqda videogörüntülərin yer aldığını qeyd edir. Rusiya Federal Xidmətinin nümayəndələri bildirib ki, yerləşdirilən məlumatlardan belə bir fikir yaranır ki, intihar adi normal haldır. Onlar qeyd edir ki, hətta videohostinqdə bəzi hallarda, intihara çağırışlar ədəbiyyat əsəri kimi təqdim edilir. "Bu saytların sahiblərini etdikləri işin nəticələri heç də narahat etmir", - deyə Federal Xidmət israr edir.
"YouTube" rəsmiləri söz, məlumat azadlığının qorunmasını əsas gətirərək bu fikirlə razı olmadıqlarını bildirir. Çünki "YouTube" qaydalarında aydın yazılıb ki, təhlükəli və zərər yetirə biləcək hərəkətlərə çağıran videolar videohostinqdə yerləşdirilməməlidir.
"İstifadəçilərin təhlükəsizliyi bizim prioritetlərimizdən biridir, buna görə də biz internetdə arzuedilməz onlayn kontentdən uşaqlarını qorumaq istəyən valideynlərə, müəllimlərə və digər istifadəçilərə müxtəlif alətlər təqdim edirik», - deyə "Google" rəhbərliyi bəyan edib. Şirkətdən eyni zamanda bildiriblər ki, "YouTube" istifadə edildiyi ölkələrin qanunlarına riayət edir və qanuna uyğun şəkildə kontentin bağlanması ilə bağlı tələbləri yerinə yetirir.
Qeyd edək ki, tərəflər arasında mübahisə, "Hellouinin" qeyd edilməsi ilə bağlı makiyaj üzrə videodərslərdən başlayıb.
Məlumat üçün bildirək ki, hazırda Federal Xidmət qadağa edilmiş saytların vahid reyestrinə daxil ediləcək 1544-dən çox internet resursu üzrə qərar qəbul edib ki, onların bir hissəsi məhz "YouTube"-a aiddir.
Aynur Vəliyeva
“YouTube” “intihar təbliğatı” ilə məşğuldur?
«ICTnews» xəbər xidmətinin "www. therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, Rusiyanın insan rifahı və istehlakçı hüquqları sahəsində nəzarət üzrə Federal Xidmətini (Rospotrebnadzor) "YouTube"-da yerləşdirilən videoçarxlara görə videosaytın sahibkarı olan "Google" şirkətinin fəaliyyəti qəzəbləndirib.Federal Xidmət "YouTube"-da bəzi videoçarxların intihara təhrik etdiyini və intihar üsulları haqda videogörüntülərin yer aldığını qeyd edir. Rusiya Federal Xidmətinin nümayəndələri bildirib ki, yerləşdirilən məlumatlardan belə bir fikir yaranır ki, intihar adi normal haldır. Onlar qeyd edir ki, hətta videohostinqdə bəzi hallarda, intihara çağırışlar ədəbiyyat əsəri kimi təqdim edilir. "Bu saytların sahiblərini etdikləri işin nəticələri heç də narahat etmir", - deyə Federal Xidmət israr edir.
"YouTube" rəsmiləri söz, məlumat azadlığının qorunmasını əsas gətirərək bu fikirlə razı olmadıqlarını bildirir. Çünki "YouTube" qaydalarında aydın yazılıb ki, təhlükəli və zərər yetirə biləcək hərəkətlərə çağıran videolar videohostinqdə yerləşdirilməməlidir.
"İstifadəçilərin təhlükəsizliyi bizim prioritetlərimizdən biridir, buna görə də biz internetdə arzuedilməz onlayn kontentdən uşaqlarını qorumaq istəyən valideynlərə, müəllimlərə və digər istifadəçilərə müxtəlif alətlər təqdim edirik», - deyə "Google" rəhbərliyi bəyan edib. Şirkətdən eyni zamanda bildiriblər ki, "YouTube" istifadə edildiyi ölkələrin qanunlarına riayət edir və qanuna uyğun şəkildə kontentin bağlanması ilə bağlı tələbləri yerinə yetirir.
Qeyd edək ki, tərəflər arasında mübahisə, "Hellouinin" qeyd edilməsi ilə bağlı makiyaj üzrə videodərslərdən başlayıb.
Məlumat üçün bildirək ki, hazırda Federal Xidmət qadağa edilmiş saytların vahid reyestrinə daxil ediləcək 1544-dən çox internet resursu üzrə qərar qəbul edib ki, onların bir hissəsi məhz "YouTube"-a aiddir.
Aynur Vəliyeva
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı