12px13px15px17px
Tarix:03/04/13

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş intellektual oyun keçiriləcək

"Gənc Novatorlar" G.M.İ.B daxilində fəaliyyətə başlayan İntellektual Oyunlar Klubu Şəki şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan İntellektual Oyunlar Klubları Assosiasiyası ilə birgə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş " Kim? Harada? Nə zaman?" intellektual oyunu üzrə Şəki şəhər turniri keçirəcək.

"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı xəbər yayıb.

Bildirilir ki, turnir 4 mərhələdə keçiriləcək: Birinci mərhələ 15 aprel 2013-cü ildə ali və orta ixtisas məktəblərinin komandaları arasında: İkinci mərhələ 18 aprel 2013-cü ildə orta məktəblərin komandaları arasında: Üçüncü mərhələ 20 aprel 2013-cü il tarixində özəl və dövlət müəssisə, idarə və təşkilatlarının komandaları arasında: Dördüncü final mərhələsi 4 may 2013-cü ildə I, II, III turda I, II, III yer tutmuş komandalar arasında keçiriləcək.

Turnirdə hər müəssisədən komandada 6 nəfər olmaqla 5 komanda iştirak edə bilər.

İştirak edəcək komandaların sayı və tərkibi haqqında məlumatlar 12 aprel 2013-cü il tarixinə qədər Şəki şəhər Gənclər və İdman İdarəsinə təqdim olunmalı və ya "gencnovatorlar@gmail.com" e-mail ünvanına göndərilməlidir.

Təqdimat forması " www.sheki-gii.az" və " www.gencnovatorlar.blogspot.com" saytındakı formaya uyğun doldurulmalıdır.

Turnirdə hər mərhələdə I, II, III yerləri tutan komandalar Şəki şəhər Gənclər və İdman İdarəsinin və "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyinin diplomları ilə, final mərhələsində isə qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılacaqlar.

SEYMUR



Baxış sayı: 1328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024