Tarix:04/04/13
Vahid kartla ödəmə sisteminin tətbiqi istiqamətində işlərin böyük hissəsinin başa çatdırıldığını vurğulayan nazir müavini qeyd edib ki, bu istiqamətdə ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq, həm sürücülər, həm də sərnişinlər arasında maarifləndirmə işlərinə başlanılacaq.
M.Pənahov bildirib ki, kartla ödəmə sistemi əvvəlcə paytaxtın mərkəzində, daha sonra isə şəhərətrafında və qəsəbələrdə fəaliyyət göstərən avtobuslarda tətbiq olunacaq. Bu sistem avtobus sürücülərinin maaş sisteminə keçməsinə də imkan verəcək ki, bu da sərnişinlərə göstərilən xidmətin keyfiyyətində öz əksini tapacaq.
Sistemin tətbiqinə may ayından etibarən mərhələli şəkildə başlanılacaq. Ümumiyyətlə isə, Bakıda avtobusların kartla ödəmə sisteminə keçid prosesinin 2013-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
RƏVAN
Yaxın günlərdə ictimai nəqliyyatda vahid kartla ödəmə sistemi üçün avadanlıqlar quraşdırılacaq
"Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda vahid kartla ödəmə sisteminin avadanlıqlarının quraşdırılmasına başlanılacaq". Bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.Vahid kartla ödəmə sisteminin tətbiqi istiqamətində işlərin böyük hissəsinin başa çatdırıldığını vurğulayan nazir müavini qeyd edib ki, bu istiqamətdə ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq, həm sürücülər, həm də sərnişinlər arasında maarifləndirmə işlərinə başlanılacaq.
M.Pənahov bildirib ki, kartla ödəmə sistemi əvvəlcə paytaxtın mərkəzində, daha sonra isə şəhərətrafında və qəsəbələrdə fəaliyyət göstərən avtobuslarda tətbiq olunacaq. Bu sistem avtobus sürücülərinin maaş sisteminə keçməsinə də imkan verəcək ki, bu da sərnişinlərə göstərilən xidmətin keyfiyyətində öz əksini tapacaq.
Sistemin tətbiqinə may ayından etibarən mərhələli şəkildə başlanılacaq. Ümumiyyətlə isə, Bakıda avtobusların kartla ödəmə sisteminə keçid prosesinin 2013-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
RƏVAN
Baxış sayı: 703
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet