12px13px15px17px
Tarix:05/04/13

Azərbaycan da daxil olmaqla, dünya alim və mütəxəssislərinin 150-yə yaxın məqaləsi “IEEE” bazasına daxil edilib

Martın sonundan etibarən "PCI`2012"-nin materialları "IEEE" (Institute of Electrical and Electronics Engineers) təşkilatının bazasına (IEEE Xplore) daxil edilib. Siyahıda Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin 150-yə yaxın məqaləsi yer alıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, "Kibernetika və informatika problemləri" IV Beynəlxalq konfransı (PCI`2012) 12-14 sentyabr 2012-ci il tarixlərində İTİ-də keçirilib.

Tədbirin seksiya iclaslarında informasiya və kommunikasiya texnologiyaları; intellektual texnologiyalar və sistemlər; seysmik cihazlar, sistemlər və texnologiyalar; modelləşdirmə və identifikasiya; ədədi üsullar və hesablama texnologiyaları; tətbiqi stoxastik analiz; idarəetmə və optimallaşdırma və sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi üzrə elmi mövzuları əhatə edən məruzələr dinlənilib.

İclaslarda müasir dünyada kibernetika və informatikanın inkişaf tendensiyaları və perspektivləri, bu sahələrdə mövcud problemlər və onların həlli yolları müzakirə edilib.

HƏQİQƏT



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024