Tarix:09/04/13
"Yeni GPS stansiyaların 15-i artıq ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən seysmoloji stansiyalarda quraşdırılıb. Qalan 15 stansiyanın quraşdırılması yaxın iki ay ərzində başa çatdırılacaq. Növbəti mərhələdə biz daha 15 seysmoloji stansiyalar quraşdırmaq niyyətindəyik. Lakin bunun üçün tələb olunan maliyyə mənbəyi müəyyən edilməli və avadanlıq sifariş edilməlidir ki, bu da bir az vaxt tələb edir", - deyə Q.Yetirmişli bildirib.
Onun sözlərinə əsasən, hər bir stansiyanın qiyməti 15-20 min manat arasındadır. Yeni stansiyalar peyk rabitə qəbuledicisi ilə təmin edilmiş ümumi kosmik geodeziya sisteminə daxil olacaqlar.
Hazırda seysmoloji mərkəz artıq yerin horizontal tərpənməsi üzrə tədqiqatların aparılmasına başlayıb. GPS-stansiyalar zəlzələlər nəticəsində yer qatının qırılmasını müəyyən etməyə, yüksək dəqiqliklə yerin ən zəif tərpənmələrini ölçməyə imkan verir. Bütün məlumatlar hesablama mərkəzinə daxil olur və orada təhlil edilərək seysmoloji aktivliyi proqnozlaşdırmağa imkan verir.
Aynur Vəliyeva
Azərbaycanda seysmoloji araşdırmaların aparılması üçün 40 GPS stansiya quraşdırılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzi bütün seysmoloji stansiyalarını GPS stansiyalarla təchiz etmək niyyətindədir. Mərkəzin rəhbəri Qurban Yetirmişlinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, artıq 25 GPS stansiyası qrantlar və digər maliyyə dəstəyi hesabına alınıb."Yeni GPS stansiyaların 15-i artıq ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən seysmoloji stansiyalarda quraşdırılıb. Qalan 15 stansiyanın quraşdırılması yaxın iki ay ərzində başa çatdırılacaq. Növbəti mərhələdə biz daha 15 seysmoloji stansiyalar quraşdırmaq niyyətindəyik. Lakin bunun üçün tələb olunan maliyyə mənbəyi müəyyən edilməli və avadanlıq sifariş edilməlidir ki, bu da bir az vaxt tələb edir", - deyə Q.Yetirmişli bildirib.
Onun sözlərinə əsasən, hər bir stansiyanın qiyməti 15-20 min manat arasındadır. Yeni stansiyalar peyk rabitə qəbuledicisi ilə təmin edilmiş ümumi kosmik geodeziya sisteminə daxil olacaqlar.
Hazırda seysmoloji mərkəz artıq yerin horizontal tərpənməsi üzrə tədqiqatların aparılmasına başlayıb. GPS-stansiyalar zəlzələlər nəticəsində yer qatının qırılmasını müəyyən etməyə, yüksək dəqiqliklə yerin ən zəif tərpənmələrini ölçməyə imkan verir. Bütün məlumatlar hesablama mərkəzinə daxil olur və orada təhlil edilərək seysmoloji aktivliyi proqnozlaşdırmağa imkan verir.
Aynur Vəliyeva
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet