Tarix:09/04/13
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil tətbiqlərin yüklənmə həcmi və satış tempi daha çox Braziliya, İndoneziya və Cənubi Afrika kimi inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir. İnkişaf etmiş ölkələrdə bazar tempinin artması haqqında məlumat yoxdur. Lakin Şimali Amerikada 2013-cü ilin birinci rübündə tərtibatçıların mobil tətbiqdən gəliri 8%, yüklənilən proqram və oyunların sayı isə 6% artıb.
Avropada bu göstəricilər müvafiq olaraq 8% və 10% artıb. “App Store” ən gəlirli tətbiq mağazası olaraq qalır: gəlirin 74%-i onun payına düşür. Bu göstərici üzrə “Google Play” ondan geri qalsa da, lakin yükləmələrin sayına görə liderdir, yükləmələrin 51%-i məhz bu mağazanın payına düşür.
Tətbiq satışı ilə məşğul olan ən böyük mobil internet mağazalarından biri “GetJar”ın qiymətləndirməsinə görə, qarşıdakı 3 il ərzində mobil tətbiq bazarının həcmi 17,5 milyard dollar olacaq.
Emil Hüseynov
Mobil tətbiq bazarında gəlirin həcmi artıb
2013-cü ilin birinci rübündə smartfon və planşetlər üçün nəzərdə tutulmuş tətbiq bazarının həcmi 9% artaraq 2.2 milyard dollar olub. Hesabat dövründə “Apple App Store”, “Google Play Store”, “Microsoft Windows Phone Store” və “BlackBerry World” onlayn kataloqlarından 13.4 milyard tətbiq və oyun köçürülüb ki, bu da ötən rüblə müqayisədə 11% çoxdur.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil tətbiqlərin yüklənmə həcmi və satış tempi daha çox Braziliya, İndoneziya və Cənubi Afrika kimi inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir. İnkişaf etmiş ölkələrdə bazar tempinin artması haqqında məlumat yoxdur. Lakin Şimali Amerikada 2013-cü ilin birinci rübündə tərtibatçıların mobil tətbiqdən gəliri 8%, yüklənilən proqram və oyunların sayı isə 6% artıb.
Avropada bu göstəricilər müvafiq olaraq 8% və 10% artıb. “App Store” ən gəlirli tətbiq mağazası olaraq qalır: gəlirin 74%-i onun payına düşür. Bu göstərici üzrə “Google Play” ondan geri qalsa da, lakin yükləmələrin sayına görə liderdir, yükləmələrin 51%-i məhz bu mağazanın payına düşür.
Tətbiq satışı ilə məşğul olan ən böyük mobil internet mağazalarından biri “GetJar”ın qiymətləndirməsinə görə, qarşıdakı 3 il ərzində mobil tətbiq bazarının həcmi 17,5 milyard dollar olacaq.
Emil Hüseynov
Baxış sayı: 768
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)