12px13px15px17px
Tarix:11/04/13

Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatı hazırlanacaq

Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatı hazırlanacaq. Bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ında yer alıb.

Proqram təminatının hazırlanması 2013-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçiriləcək. Məlumat üçün bildirək ki, transliterasiya bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi, sözün və ya cümlənin bir əlifba qrafiki ilə yazılışının digər əlifba qrafiki ilə yazılmasından ibarətdir.

Bu zaman hər bir hərf digər əlifbanın hərfi ilə deyildiyi kimi yazılır.

CAHANGİR



Baxış sayı: 4441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024