12px13px15px17px
Tarix:11/04/13

Beynəlxalq elmi reyestrə daxil olan jurnallarda nəşr olunmuş yerli məqalələrin sayı artmaqdadır

Beynəlxalq elmi reyestrə daxil olan jurnallarda nəşr olunmuş yerli məqalələrin sayı artmaqdadır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən AMEA-dan qeyd edilib ki, 2012-ci ildə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə institutların əməkdaşları elmi nailiyyətlərə müvəffəq olublar.

Belə ki, FRTEB-nin Riyaziyyat və Mexanika, Fizika, ak. Ə.Hüseynov adına Kibernetika, Radiasiya Problemləri İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, İnformasiya Texnologiyaları İnstitutu üzrə ümumilikdə 1289 (706-ı xaricdə) məqalə nəşr edilib.

Nəşr olunmuş bu məqalələrdən 333-ü nüfuzlu beynəlxalq elmi reyestrə daxil olan jurnallarda işıq üzü görüb.

Son dövrlər Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri kimi elmin inkişafına böyük önəm verildiyini vurğulayan AMEA-dan bildirilib ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" haqqında sərəncam bunun əyani göstəricisidir.

HƏQİQƏT



Baxış sayı: 1663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024