12px13px15px17px
Tarix:03/08/11

“Windows XP” əməliyyat sisteminin bazar payı aşağı düşüb

2011-ci ilin iyul ayı müəyyən mənada “Microsoft” üçün tarixi ay olub. “Net Applications” məlumatlarına əsasən, ilk dəfə olaraq “Windows XP” əməliyyat sisteminin bazar payı 50%-dən aşağı olub. Belə ki, iyul ayında bu sistem 49,7% kompyuterdə quraşdırılıb.
Bir il əvvəl “Windows XP” təxminən əməliyyat sistemi bazarının üçdə ikisini tutub. Belə ki, indi də o, ən məşhur platforma olaraq qalır. İkinci yerdə 27,9% göstərici ilə “Windows 7” əməliyyat sistemi yerləşib. Bir ay əvvəl o, 27,1% kompyuterdə, lakin 2010-cu ilin iyul ayında cəmi 14,5% kompyuterdə quraşdırılıb. Ən geniş yayılmış əməliyyat sistemlərinin üçlüyünü “Vista” tamamlayır. İndiyə qədər istifadəçilərin 9.3%-i ona üstünlük verirlər. 4-7-ci yerlər “Mac OS X” və “iOS” müxtəlif versiyalarına aiddir.


www.onliner.by



Baxış sayı: 1244

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024