12px13px15px17px
Tarix:16/04/13

Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə imzalanmış Memoranduma əsasən yerli kadrlar ixtisasartırma kursu keçəcəklər

İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na müvafiq olaraq, Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nı həyata keçirir.

Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

“ICTnews” elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, sahibkarların və menecerlərin “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə 26-28 fevral və 14 mart tarixlərində namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib.

Müsabiqələrdə iştirak edən 70 sahibkar və menecerlərdən 51-i müsabiqələrdə müvəffəqiyyət qazanıb. Onlardan 23-ü (ingilisdilli qrup) aprelin 21-dən mayın 18-dək “Münhen və Yuxarı Bavariya üçün ticarət sənaye palatası” Tədris Mərkəzində, 22-si (ingilisdilli qrup) isə 2-29 iyun tarixlərində “TÜF Reynland Akademiyası” Tədris Mərkəzində ixtisasartırma kursları keçəcəklər.

Müsabiqələrdən müvəffəqiyyətlə keçən 4 nəfər ehtiyatda saxlanılıb, 2 nəfəri isə (aqrar sahə üzrə rusdilli qrup) 2014-cü ildə beynəlxalq qrupun tərkibində ixtisasartırma kursları keçəcəklər.

HƏQİQƏT



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024