12px13px15px17px
Tarix:17/04/13

Geologiya İnstitutunda innovasiyalar tədris olunacaq

AMEA Geologiya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) “Seysmologiya və yer təkinin fizikası” kafedrasının filialı yaradılıb. AMEA Prezidentinin səlahiyyətlərini icra edən, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən imzalanmış birgə müqavilə əsasında təşkil olunmuş filialda bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

AMEA-dan bildirilib ki, BDU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və praktiki bilik vərdişlərinin formalaşdırılması, geologiya elmi sahəsində innovasiyaların tədris prosesində tətbiqi və s. məqsədilə təşkil olunmuş filialda dərslər Geologiya İnstitutunun alimləri tərəfindən keçiriləcək. Kadr hazırlığı və elmi tədqiqat sahəsində ümumi maraqlara əsaslanan müqaviləyə əsasən geologiya elminin müxtəlif istiqamətlərində kadr hazırlığında hər iki tərəf birgə iştirak edəcək.

Filialda iki təşkilatın elmi-texniki bazasından və kadr potensialından ümumi istifadə olunacaq. Müqavilədə simpozium, seminar və konfransların birgə təşkili, beynəlxalq layihə və proqramlarda birgə iştirak, elmi əsərlərin və dərs vəsaitlərinin müştərək yazılması da nəzərdə tutulur.

HƏQİQƏT



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024