12px13px15px17px
Tarix:18/04/13

“Nokia Lumia 520” bu gündən Bakı mağazalarında

"Windows phone 8" əməliyyat sisteminin qiymətdə ən ucuz, keyfiyyətdə isə heç də digərlərindən geri qalmayan növbəti modeli – "Nokia Lumia 520" bu gündən satışa çıxarılır.

"Nokia"nın Azərbaycanda nümayəndəliyi "MobiTel"in kommersiya direktoru Cümşüd Əliyevin "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, 4 duymlük ekran , 5 meqapiksellik kamera və ikinüvəli 1Ghz tezlikli prosessora malik olan bu smartfonun satış qiyməti 230 AZN təşkil edir.

Smartfon bütün "Windows phone" ailəsinin üzvlərinə xas olan - dəyişilən lövhəcikləri, rəngarəng korpusları ilə sosial şəbəkələr və internetdə rahat işləməyə şərait yaradır. "Nokia"nın "Here" naviqasiya sistemi isə istədiyiniz yerdə sizə bələdçilik edə biləcək. "Nokia Lumia 520" 64 GB qədər yaddaş kartı dəstəkləyir.

Bundan əlavə, mobil operatordan alınan internet qoşulmasını daha 8 cihazla bölüşmək imkanı verən "WI- FI spot" funksiyası smartfonu əvəzolunmaz vasitəyə çevirir."

RƏVAN



Baxış sayı: 14141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024