12px13px15px17px
Tarix:19/04/13

Daşınmaz əmlak üzrə ərazi qeydiyyat idarələrində “elektron növbəlilik” sistemi tətbiq edilir

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) yerli qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb.

“ICTnews” elektron xəbər xidmətinə komitədən bildirilib ki, hazırda elektron sənəd dövriyyəsi sistemi də tətbiq edilir: “Bundan başqa, ərazi qeydiyyat idarələrində “elektron növbəlilik” sistemi tətbiq edilir. Həyata keçirilən tədbirlər nəticəsində, vətəndaşlar, əmlak sahibləri, biznes qurumları daşınmaz əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər. Belə ki, artıq ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair reyestrdən çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir.

Görülən işlərin nəticəsində 2012-ci ildə respublika üzrə 152 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Ötən müddət ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından 2000-ə yaxın elektron müraciət daxil olub və icra edilib.

Eyni zamanda ötən ilin may ayından vətəndaşlarımız, əmlak sahibləri daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. Bu xidmətlər komitənin internet resursunda yaradılmış elektron xidmətlər bölməsi vasitəsilə həyata keçirilir. Ötən müddət ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından 3300-ə yaxın elektron müraciət daxil olub və icra edilib.

HƏQİQƏT



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024