12px13px15px17px
Tarix:26/04/13

Planşet bazarında “Windows”un payı artıb

"Strategy Analytics" analitik şirkətinin 2013-cü ilin birinci rübü üzrə dərc etdiyi hesabata əsasən, "Windows" əməliyyat sistemi (ƏS) qlobal planşet bazarının 7.4%-nə sahiblənib. Bu ilin birinci rübündə "Windows" əməliyyat sistemi ilə işləyən planşetlərin tədarük həcmi 3 milyon olub.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin müvafiq dövründə planşet bazarında "Windows" ƏS-nin payı sıfra bərabər idi. ƏS-nin payının kəskin artması 2012-ci ilin payızında "Windows 8" ƏS-nin çıxarılması ilə bağlıdır. Sözügedən ƏS-i həm fərdi kompüter, həm də planşetlərdə istifadə edilə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bütövlükdə 2013-cü ilin birinci rübündə 40.6 milyon planşet tədarük olunub. Bu göstərici 2012-ci ilin müvafiq rübü ilə müqayisədə 114% çoxdur. Digər planşet tendensiyalarına "iOS" platformasının payının 50%-dən aşağı düşməsini və "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğuların payının artmasını qeyd etmək olar.

Emil Hüseynov



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024