12px13px15px17px
Tarix:02/06/11

Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək

Səhhəti ilə əlaqədar məzuniyyətə çıxmağına baxmayaraq, Stiv Cobs 6 iyunda "WWDC 2011" istehsalçıları üçün konfransda iştirak edəcək. Belə ki, o, bu konfransda mobil platformanın yeni versiyasını - iOS 5, Mac OS X Lion əməliyyat sistemini və iCloud bulud xidmətini təqdim edəcək.
Məlumat üçün qeyd edək ki, “WWDC 2011”-də 100-dən çox texniki seminar təşkil olunacaq. Həmin seminarlarda istehsalçılar yenilənmiş Mac OS X və iOS-un imkanları ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər. Eyni zamanda, konfransın ziyarətçiləri Apple proqramçıları ilə əlaqə yaratmaq imkanı da əldə edəcəklər. Ehtimala görə, bu konfransda Stiv Cobs iPhone 4S/5l-i də nümayiş etdirə bilər.



Baxış sayı: 4850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024