Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
İnternet məkanında IPv4 ünvanlarının faktiki olaraq bitmək üzrə olması bir çoxlarının diqqət mərkəzindən qaçmayıb. Bəziləri İP protokolunun yeni versiyasına keçməyə çalışır, bəziləri isə bitməkdə olan IPv4 ünvanlarının üzərində öz şəxsi bizneslərini yaradırlar.
Məsələn, almaniyalı mühəndis-proqramçı Martin Fon Levis bu günlərdə TradeIPv4.com veb-saytını açıb və burada İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradıb. Hazırda proyekt ARIN (Şimali Amerika) və APNIC (Asiya) ünvan qeydiyyatçılarının məkanında İP ünvanlarının satışı və kirayəsi ilı məşğul olur. ARIN məkanında satışlar 3 dollardan, APNIC-də isə 4 dollardan başlayır. Qiymətlərdəki fərq Asiya pegionunda İP ünvanların çatışmamazlığının daha kəskin şəkildə hiss olunması ilə bağlıdir. Almaniyalı mütəxəssisin məlumatına əsasən hazırda ünvanların çoxu 11-15 dollar arasında satılır.
Qeyd edək ki, formal olaraq proyekt qanuni əsaslarla fəaliyyət göstərsə də, İP ünvanlarının qeydiyyatçıları bildirirlər ki, bu ünvanlar şəxsi mülkiyyət olmadığına görə onların alqı-satqısı ilə məşğul olmaq düzgün deyil. Belə ki, yerli internet-qeydiyyatçısının icazəsi olmadan satılmış İP ünvanının yeni istifadəçiyə satmaq, onun adına keçirmək olmaz. Ona görə də öz bəyanatlarında qeydiyyatçıları bu cür sövdələşmələrdə ehtiyatlı olmağa çağırırlar. Belə ki, gələcəkdə bu sazişlər qeyri-qanuni hesab oluna bilər.
Xatırladaq ki, Microsoft Kanadanın müflis olmuş Nortel Networks şirkətinə məxsus 666 min İP ünvanını 7,5 milyon dollara almaq istəyirdi. Lakin ölkənin sənaye departamenti bu sövdələşməyə razılıq vermədi və bəyan etdi ki, ünvanlar şirkətin şəxsi mülkiyyəti olmadığı üçün onu sata bilməz.
Baxış sayı: 4838
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib