12px13px15px17px
Tarix:02/05/13

İki böyük İT nəhəngi "səs" startapına sərmayə yatırır

Nitqin tanınması texnologiyaları yüksək inkişaf dövrünü yaşayır: "Google" ilə yanaşı, "Samsung", "Intel" və "Telefónica" şirkətləri də səs texnologiyaları üzərində işləməyə başlayıblar. Onlar "Expect Labs" adlanan startapa sərmayə yatırıblar.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, adıçəkilən şirkətin yaratdığı texnologiya nitqi real vaxt rejimində təhlil etməyə və "anlamağa", bundan sonra isə daxil olan informasiya əsasında axtarış etməyə "qadirdir". Bundan əvvəl "Expect Labs" şirkəti "iOS" platforması üçün "MindMeld" tətbiqi yaradıb.

Əgər sözügedən tətbiq danışıq zamanı işə salınsa, o zaman cihaz mövzuya aid məzmunu göstərəcək. Firmanın təsisçiləri başladıqları işə davam etmək niyyətindədirlər. Onlar iddia edirlər ki, bir neçə il sonra cihazlarımız bizi, danışıqlarımızı "tanıyacaq".

Emil Hüseynov



Baxış sayı: 995

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024