Tarix:10/05/13
Nəfis tərtibatda 24 səhifədən ibarət olan qəzetdə ümummilli liderin həyatı, ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva haqda dediyi sözlər, müdrik kəlamları, dünyanın tanınmış siyasi xadimlərinin ulu öndər haqda düşüncələri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ümummilli lider haqda fikir və xatirələri, dahi şəxsiyyətin adını daşıyan Fondun (Heydər Əliyev Fondu) gördüyü işlər, bir zamanlar Heydər Əliyevlə birgə çalışmış şəxslərlə müsahibələrə geniş yer ayrılıb.
Nəşrdə qeyd olunub ki, dahi lider digər sahələrə olduğu kimi, rabitə sahəsinin inkişafına da böyük töhfələr bəxş etmişdir. Onun birinci və ikinci hakimiyyəti dövründə Azərbaycanda rabitənin inkişafı bərqərar olmuş və özünün intibah dövrünü keçmişdir. Xüsusi buraxılışın əsas hissəsini də ulu öndərin hakimiyyəti dövründə məhz rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər təşkil edib.
Ümummilli liderin birbaşa tapşırıq və göstərişlərinə əsasən ölkəyə ən son texnologiyalara əsaslanan avadanlıqların gətirilməsi, Azərbaycanda İT seqmentinin inkişafına hesablanmış beynəlxalq İT şirkət və müəssisələrinin sərmayə qoymağa təşviq edilməsi, eləcə də, sektor üzrə yeni şirkətlərin yaradılması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə bir neçəsidir.
Eyni zamanda, nəşrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ulu öndərlə bağlı məqaləsi dərc olunub.
“Rabitə dünyası” qəzetinin ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzetinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə xüsusi buraxılışı nəşr olunub. Xüsusi buraxılışda ulu öndərin ölkəmizin inkişafı naminə gördüyü işlərdən, rabitə infrastrukturunun yaradılması istiqamətində həyata keçirdiyi mütərəqqi siyasətdən, ölkədə təmərküzləşən informasiya cəmiyyətinin məhz onun tərəfindən əsasının qoyulmasından geniş bəhs edilib.Nəfis tərtibatda 24 səhifədən ibarət olan qəzetdə ümummilli liderin həyatı, ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva haqda dediyi sözlər, müdrik kəlamları, dünyanın tanınmış siyasi xadimlərinin ulu öndər haqda düşüncələri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ümummilli lider haqda fikir və xatirələri, dahi şəxsiyyətin adını daşıyan Fondun (Heydər Əliyev Fondu) gördüyü işlər, bir zamanlar Heydər Əliyevlə birgə çalışmış şəxslərlə müsahibələrə geniş yer ayrılıb.
Nəşrdə qeyd olunub ki, dahi lider digər sahələrə olduğu kimi, rabitə sahəsinin inkişafına da böyük töhfələr bəxş etmişdir. Onun birinci və ikinci hakimiyyəti dövründə Azərbaycanda rabitənin inkişafı bərqərar olmuş və özünün intibah dövrünü keçmişdir. Xüsusi buraxılışın əsas hissəsini də ulu öndərin hakimiyyəti dövründə məhz rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər təşkil edib.
Ümummilli liderin birbaşa tapşırıq və göstərişlərinə əsasən ölkəyə ən son texnologiyalara əsaslanan avadanlıqların gətirilməsi, Azərbaycanda İT seqmentinin inkişafına hesablanmış beynəlxalq İT şirkət və müəssisələrinin sərmayə qoymağa təşviq edilməsi, eləcə də, sektor üzrə yeni şirkətlərin yaradılması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə bir neçəsidir.
Eyni zamanda, nəşrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ulu öndərlə bağlı məqaləsi dərc olunub.
Baxış sayı: 1057
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet