12px13px15px17px
Tarix:08/05/13

Azərbaycanda beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sistemi yaradılacaq

Respublika prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində icrası ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib. Komitədən verilən məlumata görə, Tədbirlər Planında Komitənin müvafiq struktur bölməsinə Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

Bundan başqa, Komitə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması ilə bağlı işlərə də başlayıb.

HƏQİQƏT



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024