Tarix:17/05/13
O, Azərbaycanın Özbəkistandakı səfirliyində və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olaraq ulu öndərin buradakı abidəsi önünə gül dəstəsi qoyub. Yaponiyanın Özbəkistandakı səfirliyindən viza alaraq "Gündoğar" ölkəyə yola düşən səyyah bildirib ki, Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Velosipedçinin təxmini hesablamasına görə, o, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq.
Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir. Axşamlar isə yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.
Səyyah bildirib ki, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan Amerika Birləşmiş Ştatlarına getməyi düşünür.
RƏVAN
Bərdədən Uzaq Şərqə velosipedlə gedən səyyahımız Azərbaycan həqiqətlərini elektron formada yayır
Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov Bərdə-Bakı-Dağıstan-Kalmıkiya-Həştərxan-Qazaxıstan-Özbəkistan marşrutu üzrə hərəkət edərək Daşkənd şəhərinə gəlmişdir.O, Azərbaycanın Özbəkistandakı səfirliyində və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olaraq ulu öndərin buradakı abidəsi önünə gül dəstəsi qoyub. Yaponiyanın Özbəkistandakı səfirliyindən viza alaraq "Gündoğar" ölkəyə yola düşən səyyah bildirib ki, Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Velosipedçinin təxmini hesablamasına görə, o, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq.
Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir. Axşamlar isə yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.
Səyyah bildirib ki, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan Amerika Birləşmiş Ştatlarına getməyi düşünür.
RƏVAN
Baxış sayı: 816
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet