12px13px15px17px
Tarix:20/05/13

Azərbaycanda bütün radiasiya və rentgen cihazları yoxlanılanacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hazırda kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparır.

Bu, Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin 20 May - Ümumdünya Metrologiya Günü yaydığı məlumatda əksini tapıb. Ölçülər və Çəkilər üzrə Baş Konfransa müşahidəçi kimi üzv olmaq və “Dövlətlərin milli etalonlarının və milli metrologiya qurumları tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” beynəlxalq Sazişə qoşulmaqla bağlı müraciət edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə Komitə nəzdində Dövlət Dozimetrik Etalonları Laboratoriyasının tikintisi artıq başa çatıb. İonlaşdırıcı şüalanma və rengen şüalanması ölçmə vasitələrinin kalibrləmə laboratoriyalarının etalon avadanlıqları və köməkçi metroloji avadanlıqlar artıq quraşdırılıb, sazlanıb istismara verilib.

Yaxın vaxtlarda Dövlət Etalon Dozimetrik Etalonları Laboratoriyası istifadəyə veriləcək. Bu laboratoriya istifadəyə verildikdən sonra ölkədə istifadə olunan radiasiya və rentgen şüalanmasını ölçən bütün cihazların dövlət yoxlanışı həyata keçiriləcək.

Çox kəskin ehtiyac duyulan geniş bir sahə olmaqla yanaşı, əhalinin şüalanmaya nə dərəcədə məruz qaldığını, istər iş şəraiti, istərsə ərzaq, ekoloji, tibbi xidmət təhlükəsizliyinin təminatı baxımından bu laboratoriyanın qurulması respublikamız üçün çox faydalı olacaq.



Baxış sayı: 873

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024