Tarix:21/05/13
Tədbirdə «AzərsuCİS» layihəsini təqdim edən «Azərsu» ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları Departamentinin rəisi Samir Qənili bildirib ki, bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq.
Eyni zamanda, içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.
Layihələrin qiymətləndirilməsi zamanı digər məsələlərlə yanaşı, tətbiq olunacaq yeniliklər, layihələrin faydası da əsas götürülüb və «AzərsuCİS» layihəsi qalib elan edilib.
Layihəyə əsasən, içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılacaq, hər bir bina üzrə nömrələnmə aparılacaq. Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Bununla da içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq.
Qeyd edək ki, «AzersuCİS» layihəsi 2012-ci ildə «İlin mühəndislik layihəsi» adına da layiq görülüb.
Azərbaycanın su təchizatı sisteminin ən son texnologiya əsasında qurulmasını nəzərdə tutan layihə yüksək mükafata layiq görülüb
«Azərsu» ASC-nin həyata keçirdiyi «Yeraltı infrastrukturun idarə olunması – AzersuCİS» layihəsi Rotterdamda (Niderland) keçirilmiş Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda «Su resurslarının idarə edilməsi» nominasiyası üzrə I yeri tutaraq ən yüksək mükafata (Geospatial World Application Excellence-2013) layiq görülüb. «Azərsu» ASC-dən verilən məlumata görə, forumda coğrafi informasiya sistemlərini tətbiq edən 80-dən çox ölkənin layihəsinin təqdimatı keçirilib.Tədbirdə «AzərsuCİS» layihəsini təqdim edən «Azərsu» ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları Departamentinin rəisi Samir Qənili bildirib ki, bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq.
Eyni zamanda, içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.
Layihələrin qiymətləndirilməsi zamanı digər məsələlərlə yanaşı, tətbiq olunacaq yeniliklər, layihələrin faydası da əsas götürülüb və «AzərsuCİS» layihəsi qalib elan edilib.
Layihəyə əsasən, içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılacaq, hər bir bina üzrə nömrələnmə aparılacaq. Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Bununla da içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq.
Qeyd edək ki, «AzersuCİS» layihəsi 2012-ci ildə «İlin mühəndislik layihəsi» adına da layiq görülüb.
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet