Tarix:23/05/13
Layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır. Artıq aprel və may ayları ərzində tanınmış incəsənət ustalarının iştirakı ilə orta məktəblərdə, küçə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilib, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıq qaytarıcı aksesuarları paylanıb.
Nazirlikdən bildirilib ki, layihə çərçivəsində növbəti mərhələdə 24 may 2013-cü il tarixdə saat 22:00-da Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou, Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə "Hər kəs qaranlıqda görünməlidir" adlı teatr tamaşası və "Avroviziya" musiqi yarışmasının iştirakçıları və qaliblərinin iştirakı ilə konsert proqramı təşkil ediləcək.
Tədbirin açılışında gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər. Qeyd edək ki, yol təhlükəsizliyinin təmin edilməsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) da diqqətindədir. Belə ki, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması üçün İKT-dən istifadəni stimullaşdıran milli strategiyaların həyata keçirilməsi ilə yanaşı, intellektual nəqliyyat sistemlərinin inkişafına və istifadəsinə töhfə vermək məqsədilə BTİ-nin 2013-cü il üçün müəyyənləşdirdiyi devizi "İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması"dır.
Eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture hər kəsi cari ildə İKT-nin imkanlarından istifadə etməklə, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirməyə çağırıb.
Həqiqət İSABALAYEVA
“İşıqlı həyat” sosial layihəsinə start verilib
Cari ilin aprel ayından başlayaraq Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə "Qaranlıqda görün" şüarı altında "İşıqlı həyat" sosial yönümlü layihəyə start verilib.Layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır. Artıq aprel və may ayları ərzində tanınmış incəsənət ustalarının iştirakı ilə orta məktəblərdə, küçə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilib, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıq qaytarıcı aksesuarları paylanıb.
Nazirlikdən bildirilib ki, layihə çərçivəsində növbəti mərhələdə 24 may 2013-cü il tarixdə saat 22:00-da Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou, Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə "Hər kəs qaranlıqda görünməlidir" adlı teatr tamaşası və "Avroviziya" musiqi yarışmasının iştirakçıları və qaliblərinin iştirakı ilə konsert proqramı təşkil ediləcək.
Tədbirin açılışında gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər. Qeyd edək ki, yol təhlükəsizliyinin təmin edilməsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) da diqqətindədir. Belə ki, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması üçün İKT-dən istifadəni stimullaşdıran milli strategiyaların həyata keçirilməsi ilə yanaşı, intellektual nəqliyyat sistemlərinin inkişafına və istifadəsinə töhfə vermək məqsədilə BTİ-nin 2013-cü il üçün müəyyənləşdirdiyi devizi "İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması"dır.
Eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture hər kəsi cari ildə İKT-nin imkanlarından istifadə etməklə, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirməyə çağırıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 901
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet