12px13px15px17px
Tarix:04/08/11

London metrosu “Wi Fi” vasitəsilə internetə pulsuz giriş əldə edəcək

Britaniya rabitə operatoru “Virgin Media” bütün London metrosu ərazisində internetə pulsuz “Wi-Fi” girişin istifadəyə verilməsi üzrə işləri bitirir. Yeni şəbəkə metroda BT operatoru tərəfindən istifadəyə verilən pullu “OpenZone” şəbəkəsi ilə rəqabət aparacaq.
“Virgin Media”nın baş direktoru Neyl Berkettin sözlərinə görə, əvvəlcə şəbəkə hamı üçün pulsuz olacaq, lakin ödənişsiz internetə giriş sürəti 500 Kbit/s ilə məhdudlaşdırılacaq.
Əgər kimsə, daha yüksək sürət ilə işləmək istəsə, əlavə pul ödəməli olacaq. “Wi-Fi” vasitəsilə metroda internetə qoşulmanın maksimal sürəti 10 Mbit/s təşkil edəcək.



Baxış sayı: 1674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024