12px13px15px17px
Tarix:24/05/13

Nağdsız ödənişlərin intensivləşdirilməsi və stimullaşdırılması məqsədilə “Cash-in” funksiyalı ATM-lər quraşdırılıb

Azərbaycanda bank xidmətlərinin avtomatizasiyası, nağdsız ödənişlərin intensivləşdirilməsi və stimullaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bir çox banklar tərəfindən ödəniş terminalları və “Cash-in” funksiyalı ATM-lər quraşdırılıb.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Mərkəzi Bankdan (MB) məlumat verilib. MB bildirir ki, bu, ölkədə nağdsız ödənişlərin daha geniş aspektdə həyata keçirilməsinə imkan yaradır. Lakin müəyyən hallarda qeyd olunan texnoloji sistemlərin tətbiqi zamanı saxta əskinasların müəyyən olunması risklərini minimallaşdırmaq məqsədilə Mərkəzi Bankın müvafiq qurumları ilə lazımi müzakirələrin aparılmasının zəruriliyi ortaya çıxıb.

Çünki bəzi hallarda əməliyyatlar zamanı saxta əskinasların ortaya çıxması kimi məsələlər yarana bilər. MB qeyd edir ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir, həmçinin bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

SEYMUR



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024