12px13px15px17px
Tarix:03/06/13

Azərbaycanda qurulacaq laboratoriya üçün 350 min avroluq avadanlıq alınacaq

AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) iki əməkdaşı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) hesabına 2 aylıq Rumıniya, Polşa və Türkiyəyə təlim kurslarına göndəriləcək.

Eyni zamanda RPİ-də yeni yaradılacaq "Sterilizasiya məqsədli güclü qamma qurğuları" kompleksinin dozimetrik və mikrobioloji laboratoriyası üçün ümumi dəyəri 350 min avro olan avadanlıqlar AEBA tərəfindən alınıb Radiasiya Problemləri İnstitutuna veriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə RPİ-dən məlumat verilib. İnstitutdan qeyd edilib ki, AMEA-nın Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə birlikdə Texniki Əməkdaşlıq proqramı çərçivəsində Sterilizasiya Məqsədli Güclü Qamma Şüalanma Kompleksinin iki laboratoriyasının - dozimetriya və mikrobioloji laboratoriyalarının yaradılması üzrə milli layihəni həyata keçirir.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov layihənin icrası üzrə lazımi avadanlıqların seçilməsi və onların effektiv istismarının təşkili məqsədli ilə may ayında Vyana şəhərinə AEBA-nın baş ofisinə dəvət olunublar. AEBA-nın göstərilən sahələr üzrə ekspertləri və Radiasiya Problemləri İnstitutunun direktoru institutun üç gənc mütəxəssisi ilə birlikdə hər iki laboratoriyanın məqsəd və vəzifələri, lazımi avadanlıqların alınması ilə bağlı müzakirələrdə iştirak ediblər.

Qeyd edək ki, laboratoriyada istifadə olunacaq qurğuların 2013-cü ilin sonunadək Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Aprel 2020

04 04 2020

04/04/20
Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub

Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən 

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.