12px13px15px17px
Tarix:03/06/13

Azərbaycanda bankomatların informasiya-kommunikasiya texnologiyası vasitəsilə qorunmasına başlanılıb

“Expressbank” ASC öz bankomatlarını (ATM) informasiya-kommunikasiya texnologiyalarının vasitəsilə qoruyacaq. Bank artıq 60-a yaxın bankomatını və 7 inkassator avtomobilini “Solit” Nəqliyyat İzləmə Sistemləri vasitəsilə yaxından izləyir. Bu barədə «ICTnews» elektron xəbər xidmətinə “Solit Azərbaycan” şirkətindən bildirilib.

Qeyd edilib ki, ATM Təhlükəsizlik Sistemləri vasitəsilə “Expressbank” ASC öz bankomatlarındakı əmanətləri daha güvənli bir şəkildə müdafiə edir, ən əsası isə bankomatlara edilə biləcək hər hansı bir müdaxilə haqqında həmin andaca məlumat alaraq bu müdaxilənin qarşısının alınmasına operativ müdaxilə imkanlarını qazanır: «GPS izləmə sahəsində daim yeniliklər həyata keçirən «Solit Azərbaycan» bu dəfə də tam yeni bir xidmətlə müştərilərin önünə çıxıb.

Yeni xidmət “Bankomat Təhlükəsizlik Sistemləri” adlanır. Bu sistem vasitəsilə banklar nəinki öz bankomatlarını real vaxt rejimində dəqiq rəqəmsal xəritələr üzərindən izləyə bilər, həmçinin bankomata hər hansı bir kənar müdaxilə haqqında həmin andaca məlumat əldə edə bilər.

Təhlükəsizlik sisteminin xüsusi xəbərdarlıq imkanları da vardır ki, bankomat yerindən tərpədilərsə, qopardılarsa, kəsilərsə, deşilərsə, qapısı açılarsa, ona zərbə endirilərsə, bu haqda müştəriyə səsli məlumatlar verilir. “Solit Azərbaycan” şirkətinin əsas məqsədlərindən biri bu xidmətin ölkəmizdə fəaliyyət göstərən bank sektorunda daha geniş təbliğatının aparılmasıdır».

SEYMUR



Baxış sayı: 1390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Dekabr 2024

17 12 2024