12px13px15px17px
Tarix:04/06/13

Ən müasir səs sistemləri ilə təchiz edilmiş Caz klubu fəaliyyətə başlayacaq

Azərbaycanın "ProAV" şirkəti "Powerhouse & Energy Lounge Bar Club" Caz klubunda "Harmann" şirkətinin ən son nəsil səs sistemlərini tətbiq edir. "Harmann" məhsullarının Azərbaycanda əsas distribüteri "ProAV" şirkətinin baş direktoru Elşən Əliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda "Powerhouse & Energy Lounge Bar Club" Caz klubunun açılışı olacağını bildirib.

"Hazırda biz Caz klubun səs sistemlərinin quraşdırılması işlərini aparırıq. Yaxın bir ay ərzində sistem tam olaraq quraşdırılacaq və istifadəyə veriləcək. İşlərin başa çatmasının dəqiq vaxtını hazırda deyə bilmirik, çünki sistemin quraşdırılması mərhələlərlə həyata keçirilir və hətta elə hallar olur ki, biz qeyd edilən məkanın hər hansı bir hissəsində təmir-tikinti işlərinin başa çatmasını gözləməli oluruq", - deyə E. Əliyev qeyd edib.

Xatırladaq ki, "Powerhouse & Energy Lounge Bar Club" Caz klubunun iyun ayının sonuna kimi açılışı nəzərdə tutulub. Klubda "Harmann"ın ən son texnologiyası tətbiq edilir, buna görə açılışdan bir müddət sonra şirkətin rəhbərliyinin Bakıya, sistemin işi ilə tanışlıq məqsədi ilə gəlişi gözlənilir. Bu, yeni sistemin Asiya regionunda ilk tətbiqidir.

Qeyd edək ki, "POWERHOUSE" 1500 nəfərlik böyük binadır, beynəlxalq tədbirlərin və musiqili çıxışların keçirilməsi üçün nəzərdə tutulub. Bu obyekt Bakı bulvarının sonunda Bayraq meydanının və "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Crystal Hall"-un yaxınlığında yerləşir. "Black Diamond": Caz və nahar klubu, VIP-qonaq otağı, ikinci mərtəbədə hər iki mərtəbəyə açılan DJ meydançası ilə 90 nəfər üçün nəzərdə tutulub.

Aynur Vəliyeva



Baxış sayı: 800

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024