12px13px15px17px
Tarix:05/06/13

Saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyi və "BSA Software Alliance" (www.bsa.org) saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ilk təlim təşkil edib.

"BSA"-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, təlim zamanı Daxili İşlər Nazirliyinin ixtisaslı əməkdaşları saxta və qeyri-lisenziyalı proqram təminatının müəyyən edilməsinin yeni üsulları ilə tanış olublar.

Dəfələrlə təlimdə paylayıcı kanaldan əldə edilən şübhəli proqram məhsullarının mənşəyinin araşdırılması məqsədi ilə sınaq alışların keçirilməsi məsələsi, kommersiya təşkilatları tərəfindən istifadə olunan qeyri-lisenziyalı proqram təminatının və saxta proqram təminatının müəyyənləşdirilməsi və bununla əlaqədar olan məhsulların identifikasiya üsulları, eləcə də Daxili İşlər Nazirliyi və Hüquq sahibləri arasında ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.

Yaxınlarda "BSA" və dünyanın aparıcı biznes məktəblərindən biri olan "INSEAD" tərəfindən aparılan bir araşdırmaya əsasən, lisenziyalı proqram təminatı bazarın artımı pirat proqram təminatı bazarının analoji artımı ilə müqayisədə Azərbaycan Respublikasının iqtisadiyyatına daha böyük təsir edəcək.

Lisenziyalı proqram təminatı bazarının 1%-dək artımı milli istehsalat həcminin 38 milyon ABŞ dolları məbləğində artımına gətirdiyi halda, pirat proqram təminatının həcminin analoji artımı isə yalnız 19 milyon ABŞ dolları məbləğində artması ilə nəticələnir.

Beləliklə, lisenziyalı proqram təminatı bazarının 1%-li inkişafı əlavə 19 milyon ABŞ dolları həcmində iqtisadi fayda gətirə bilər.

Bundan əlavə, Azərbaycan Respublikasında lisenziyalı proqram təminatı sahəsinə qoyulan hər bir dollar 380 ABŞ dolları məbləğində ÜDM investisiyasına qaytarılma (ROI) təmin edir. Müqayisə üçün, pirat məhsullarının investisiya qaytarılması hər əlavə dollar üçün 28 ABŞ dollarıdır.

"BSA"-nın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanovun sözlərinə görə, Lisenziyalı proqram təminatının istifadəsi qeyri-lisenziyalı proqram təminatının istifadəsi zamanı yarana biləcək hüquqi təhdid və riskləri azaldır və məhsuldarlığı artırır, bu da müəssisələrin praktiki nəticə əldə etməsinə zəmin yaradır.

Bu təhqiqat onu təsdiq ki, lisenziyalı proqram təminatı nəinki istifadəçilər üçün faydalıdır, o həmçinin, milli iqtisadiyyatın inkişafında da mühüm rol oynayır. Azərbaycanda dövlət, xüsusilə də hüquq-mühafizə orqanları və sənaye qurumları hər bir mövcud imkanlardan istifadə edərək bütün potensial faydaları əldə edə bilərlər.

Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanununa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, ölkədə hüquq sahiblərinin öz hüquqlarının səmərəli müdafiəsi üçün hüquqi tədbirlər mövcuddur. Müəlliflik hüquqlarının pozuntusuna görə sanksiyalar müxtəlifdir: gəlirlərin, materialların və avadanlıqların müsadirəsindən tutmuş, 55 min manat məbləğinədək cərimə nəzərdə tutulur.

Müəlliflik hüquqlarının qorunmasına dair qanunvericiliklə qorunan proqram təminatının qanunsuz istifadəsinə görə cərimə və 240 saat ictimai işlə cəzalandırılma nəzərdə tutulmuşdur ki, belə qanun pozuntusu hətta üç ilədək həbs cəzası ilə də nəticələnə bilər.

BSA-nın Daxili İşlər Nazirliyinin əməkdaşları üçün təşkil etdiyi təlimində iştirakı ölkədə proqram təminatının müəllif hüquqlarının qorunmasının səviyyəsinin artırılmasını nəzərdə tutur. "BSA" kompüter piratçılığının müəyyən edilməsində və müvafiq sanksiyaların tətbiqində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarını dəstəkləməkdə və onlara yardım göstərməkdə davam edəcək.

"BSA The Software Alliance" – proqram təminatı istehsalçılarının assosiasiyası olaraq, ölkənin hökumət təşkilatları və beynəlxalq bazar qarşısında dünya proqram təminatı sənayesinin baş mühafizəçisidir. O, dünya səviyyəli şirkətlərin birliyini əks etdirərək, hər il müasir həyatı zənginləşdirən və dünya iqtisadiyyatına dəstək verən proqram həllərinin yaradılmasına milyardlarla dollar sərmayə yatırır. "BSA" dünyanın piratçılığa qarşı aparıcı təşkilatıdır və ictimai siyasətin formalaşmasında nüfuzlu lider qismində çıxış edərək, iqtisadi artım və texnologiyada innovasiyalara yol açır.



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024