Tarix:05/06/13
"Windows 8"-in təqdimatı ilə bağlı keçirilən tədbirdə "Microsoft Azerbaijan" şirkətinin texniki məsləhətçisi Qaçay Mirzəyevin sözlərinə görə, bu versiyada kompüter, planşet və mobil telefon kimi 3 platformanı özündə cəmləşdirən və daha təkmil variantda təqdim edilən əməliyyat sistemi bir sıra üstünlüklərə malikdir.
Belə ki, "Windows 8" üçün tətbiqlər yeni əməliyyat sisteminin inkişafının əsas istiqamətlərindən biridir. "Windows" mağazasında tətbiqlərin həcmi ötən ilin oktyabr ayından etibarən 6 dəfədən çox artıb: "Altı ay ərzində onlayn mağazadan 250 milyondan çox tətbiq yüklənməsi qeydə alınıb. Hətta tətbiq kataloqunun 90 faizdən çoxu hər ay yüklənir, bu da istifadəçilərin aktivliyindən və yüksək marağından bəhs edir. Bir qədər sonra cari ildə yenilənməsi gözlənilən "Windows 8"-in işçi adı "Windows Blue"-dur.
Onun əsasını tək istifadəçilərin rəyi deyil, həmçinin yeni nəsil "Windows 8"-də kompüterlərin və planşetlərin tanınması təşkil edəcək". Qeyd edək ki, "Windows Blue" cari ildə buraxılması nəzərdə tutulan bir pulsuz funksional yenilənmə paketidir. Paket əməliyyat sisteminin əsas istiqamətlərdə irəliləyişlərini özündə cəmləşdirəcək. Bunlara personalizasiya, axtarış, daxili tətbiq, "Windows Store" mağazaları və "bulud" servislərinin dəstəklənməsi daxildir.
Start ekranını daha çox rəng və divar kağızları təqdim edəcək. İstifadəçinin ixtiyarına iki yeni ölçülü plitələr veriləcək. Bu da öz növbəsində elementləri qruplaşdırmağa, ekran məkanını daha rahat təşkil etməyə imkan yaradacaq. Eyni zamanda bir neçə plitəni seçmək, onları silmək, ölçülərini dəyişmək mümkün oldu. Fotoçərçivəyə gəlincə, ekran kilidinin yeni variantı özündə ekran rəsmini, yəni şəxsi şəkillərdən ibarət olan animasiyalı slaydşounu ehtiva edir. Həmin şəkillər həm lokal, həm də "SkyDrive" serverində yerləşə bilər. Daxili tətbiqlər də unudulmayıb. Belə ki, bir çox "Windows Store"-nun daxili tətbiqlərinin yenilikləri ilə yararlanmaq mümkün olacaq.
Təkmilləşdirilən istiqamətlərdən biri də çoxpəncərəliliklə bağlıdır. "Windows 8.1" tətbiqlərin paralel görüntüsünün bir çox növlərini təqdim edəcək. Yenilənmiş "Windows Store"-a gəlincə, onlayn mağaza indi daha detallaşdırılmış məlumatları, ən yaxşı pulsuz tətbiq və yeni proqram siyahılarını nümayiş etdirəcək, həmçinin hər bir istifadəçi üçün ev ekranında xüsusi seçilmiş tətbiqləri göstərəcək. Yeni əməliyyat sisteminin əsas üstünlüklərindən biri də "bulud" sinxronizasiyasıdır.
Belə ki, "SkyDrive" "Windows 8.1"-in ayrılmaz funksiyasından biri olacaq. Tətbiqin yeni versiyası personal kompüterdən və yaxud mobil cihazlardan faylları "bulud"la və əksinə, sinxronlaşdırmağa imkan yaradacaq. Bu da onları istifadəçi şəbəkədən kənarda olduqda belə əlçatan edəcək. Bundan başqa, artıq tətbiqdə displeyin imkanlarını, güc parametrlərini dəyişmək, PK modelini və istehsalçısını tanımaq, lisenziyalaşdırılmış açarı dəyişmək, sistem yeniliklərini yoxlamaq, hətta domenə qoşulmaq mümkündür.
Bundan əlavə, istifadəçi həmin tətbiq vasitəsilə "SkyDrive" servisini idarə edə, "bulud"da boş yerin həcmini öyrənə, ehtiyac yaranarsa, əlavə yer həcmini əldə edə bilər. "Windows 8.1"-in daxilinə "İnternet Explorer 11" daxil olacaq. O da özündə sensor cihazlarla işdə məhsuldarlıq baxımından təkmilləşdirilməni, səhifələrin daha tez yüklənməsini və interfeys ayarı daxil olmaqla bir necə funksiyanı cəmləşdirəcək.
Həqiqət İSABALAYEVA
“Microsoft Azerbaijan” şirkətinin texniki məsləhətçisi: “Yeni əməliyyat sistemi bir çox üstünlüklərə malikdir”
Hazırda dünyada 100 milyon "Windows 8" lisenziyası satılıb. Bu da ötən ilin oktyabr ayından işıq üzü görən əməliyyat sisteminin gələcək perspektivlərinə nikbinliklə baxmağa imkan yaradır."Windows 8"-in təqdimatı ilə bağlı keçirilən tədbirdə "Microsoft Azerbaijan" şirkətinin texniki məsləhətçisi Qaçay Mirzəyevin sözlərinə görə, bu versiyada kompüter, planşet və mobil telefon kimi 3 platformanı özündə cəmləşdirən və daha təkmil variantda təqdim edilən əməliyyat sistemi bir sıra üstünlüklərə malikdir.
Belə ki, "Windows 8" üçün tətbiqlər yeni əməliyyat sisteminin inkişafının əsas istiqamətlərindən biridir. "Windows" mağazasında tətbiqlərin həcmi ötən ilin oktyabr ayından etibarən 6 dəfədən çox artıb: "Altı ay ərzində onlayn mağazadan 250 milyondan çox tətbiq yüklənməsi qeydə alınıb. Hətta tətbiq kataloqunun 90 faizdən çoxu hər ay yüklənir, bu da istifadəçilərin aktivliyindən və yüksək marağından bəhs edir. Bir qədər sonra cari ildə yenilənməsi gözlənilən "Windows 8"-in işçi adı "Windows Blue"-dur.
Onun əsasını tək istifadəçilərin rəyi deyil, həmçinin yeni nəsil "Windows 8"-də kompüterlərin və planşetlərin tanınması təşkil edəcək". Qeyd edək ki, "Windows Blue" cari ildə buraxılması nəzərdə tutulan bir pulsuz funksional yenilənmə paketidir. Paket əməliyyat sisteminin əsas istiqamətlərdə irəliləyişlərini özündə cəmləşdirəcək. Bunlara personalizasiya, axtarış, daxili tətbiq, "Windows Store" mağazaları və "bulud" servislərinin dəstəklənməsi daxildir.
Start ekranını daha çox rəng və divar kağızları təqdim edəcək. İstifadəçinin ixtiyarına iki yeni ölçülü plitələr veriləcək. Bu da öz növbəsində elementləri qruplaşdırmağa, ekran məkanını daha rahat təşkil etməyə imkan yaradacaq. Eyni zamanda bir neçə plitəni seçmək, onları silmək, ölçülərini dəyişmək mümkün oldu. Fotoçərçivəyə gəlincə, ekran kilidinin yeni variantı özündə ekran rəsmini, yəni şəxsi şəkillərdən ibarət olan animasiyalı slaydşounu ehtiva edir. Həmin şəkillər həm lokal, həm də "SkyDrive" serverində yerləşə bilər. Daxili tətbiqlər də unudulmayıb. Belə ki, bir çox "Windows Store"-nun daxili tətbiqlərinin yenilikləri ilə yararlanmaq mümkün olacaq.
Təkmilləşdirilən istiqamətlərdən biri də çoxpəncərəliliklə bağlıdır. "Windows 8.1" tətbiqlərin paralel görüntüsünün bir çox növlərini təqdim edəcək. Yenilənmiş "Windows Store"-a gəlincə, onlayn mağaza indi daha detallaşdırılmış məlumatları, ən yaxşı pulsuz tətbiq və yeni proqram siyahılarını nümayiş etdirəcək, həmçinin hər bir istifadəçi üçün ev ekranında xüsusi seçilmiş tətbiqləri göstərəcək. Yeni əməliyyat sisteminin əsas üstünlüklərindən biri də "bulud" sinxronizasiyasıdır.
Belə ki, "SkyDrive" "Windows 8.1"-in ayrılmaz funksiyasından biri olacaq. Tətbiqin yeni versiyası personal kompüterdən və yaxud mobil cihazlardan faylları "bulud"la və əksinə, sinxronlaşdırmağa imkan yaradacaq. Bu da onları istifadəçi şəbəkədən kənarda olduqda belə əlçatan edəcək. Bundan başqa, artıq tətbiqdə displeyin imkanlarını, güc parametrlərini dəyişmək, PK modelini və istehsalçısını tanımaq, lisenziyalaşdırılmış açarı dəyişmək, sistem yeniliklərini yoxlamaq, hətta domenə qoşulmaq mümkündür.
Bundan əlavə, istifadəçi həmin tətbiq vasitəsilə "SkyDrive" servisini idarə edə, "bulud"da boş yerin həcmini öyrənə, ehtiyac yaranarsa, əlavə yer həcmini əldə edə bilər. "Windows 8.1"-in daxilinə "İnternet Explorer 11" daxil olacaq. O da özündə sensor cihazlarla işdə məhsuldarlıq baxımından təkmilləşdirilməni, səhifələrin daha tez yüklənməsini və interfeys ayarı daxil olmaqla bir necə funksiyanı cəmləşdirəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)