Tarix:08/06/13
“Harmann” şirkəti mütləq Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs texnologiyaları ilə təchizatı ilə bağlı tenderdə iştirak edəcək”,- deyə A. Əliyev bildirib. Bu ilin aprel ayında Bakıda keçirilən seminarda iştirak edən “Harmann” şirkətinin peşəkar sistemlərin satışı üzrə mütəxəssisi Qriqori Parovichnikov “ICTnews” xəbər xidmətinə bildirmişdir ki, Azərbaycan bazarı şirkət üçün çox böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, şirkət gələcək perspektivdə Azərbaycan televiziyasının inkişafında, rəqəmli yayıma keçid çərçivəsində iştirak etmək niyyətindədir. Bu layihələrdə səs ahəngini yaratmaq üçün avadanlıqlar təqdim etməyə hazırdı. Hazırda şirkətin səs avadanlıqlarından “BBC”, “CCN”, “ORT”, “RTR” kanallarında geniş istifadə edilir. “Harmann” şirkətinin məhsullarından dünyada fəaliyyət göstərən mühüm və böyük stadionların 70%-i istifadə edir.
Aynur Vəliyeva
Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs sistemləriylə təchizatının təmin edilməsi ilə bağlı tender elan ediləcək
Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs sistemləriylə təchizatının təmin edilməsi ilə bağlı tender elan edilməsi gözlənilir. “ProAV” şirkətinin baş direktoru Elşən Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, tenderin yaxın 2-3 ay ərzində elan edilməsi gözlənilir.“Harmann” şirkəti mütləq Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs texnologiyaları ilə təchizatı ilə bağlı tenderdə iştirak edəcək”,- deyə A. Əliyev bildirib. Bu ilin aprel ayında Bakıda keçirilən seminarda iştirak edən “Harmann” şirkətinin peşəkar sistemlərin satışı üzrə mütəxəssisi Qriqori Parovichnikov “ICTnews” xəbər xidmətinə bildirmişdir ki, Azərbaycan bazarı şirkət üçün çox böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, şirkət gələcək perspektivdə Azərbaycan televiziyasının inkişafında, rəqəmli yayıma keçid çərçivəsində iştirak etmək niyyətindədir. Bu layihələrdə səs ahəngini yaratmaq üçün avadanlıqlar təqdim etməyə hazırdı. Hazırda şirkətin səs avadanlıqlarından “BBC”, “CCN”, “ORT”, “RTR” kanallarında geniş istifadə edilir. “Harmann” şirkətinin məhsullarından dünyada fəaliyyət göstərən mühüm və böyük stadionların 70%-i istifadə edir.
Aynur Vəliyeva
Baxış sayı: 771
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet