12px13px15px17px
Tarix:13/06/13

Turizmin inkişafı üçün kompüter proqram təminatı üzrə mütəxəssislərin olması önəmlidir

Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra islahatlar aparılır, inkişaf konsepsiyaları hazırlanır. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov məlumat verib.

"Şübhəsiz ki, bu təşəbbüslər dolğun statistik məlumatların toplanılması və təhlili sisteminin təkmilləşdirilməsini də nəzərdə tutur" - deyən nazir müavini qeyd edib ki, bu halda yeniləşmiş sistemin idarə edilməsi və istifadəsini təmin etmək bacarığında olan mütəxəssislərin olması çox önəmlidir. Onun sözlərinə görə, bu bacarıq yeni təhlil metodlarının istifadəsi, kompüter proqram təminatının hazırlanması, məlumatların uzlaşdırılması və digər aidiyyəti peşəkar amilləri əhatə etməlidir:

"Turizm sahəsində postsovet ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətdir. Çünki digər ölkələrdən fərqli olaraq, bu ölkələr arasında viza, hava nəqliyyatı və dil problemi yoxdur. Eyni zamanda mədəni, humanitar və s. sahələrdə əlaqələr inkişaf edir".

SEYMUR



Baxış sayı: 1588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024