Tarix:13/06/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, heşteqlər “Facebook”da, “Twitter” və ya “Instagram”da olduğu kimi, istifadəçilər tərəfindən müzakirə edilən mövzuların identifikatoru rolunu oynayır və məlumat axtarışını asanlaşdırırlar. “Facebook”un rəsmi bloqunda bildirilir ki, istifadəçilər heşteqləri hiper istinad kimi görəcəklər və onlara daxil olaraq mövzuya uyğun müzakirələri görmək olacaq.
"Heşteqlər – istifadəçilərin həmin an müzakirə etdikləri mövzu axtarışını asanlaşdırmaqda ilk addımdır", - “Facebook”un məlumatında bildirilir. “Facebook” hazırda heşteqlərin dəstəklənməsi xidmətlərini məhdud şəkildə tətbiq edir, milyardlarla istifadəçi üçün onlar yaxın həftələr ərzində təqdim ediləcək.
Müstəqil analitiklər əmindirlər ki, “Facebook” tərəfindən heşteqlərin tətbiqi ilk növbədə “Twitter” ilə reklam büdcələri üzərində rəqabətdir. Onlar eyni zamanda bildirirlər ki, “Twitter” funksionalı mesajların yazılışı üçün məhduddur, buna görə də mənalı heşteqlərin istifadəsi məntiqli və izahlıdır. “Facebook” mesajlarının həcminə məhdudiyyət yoxdur, axtarış sistemi də burada bütün şəbəkədə işləyir, buna görə də heşteqlərin mənası heç də şübhəsiz deyil.
Rəqabət faktorunu istisna etsək, ola bilsin ki, bu addım düşünülərək atılıb, çünki “Facebook” istifadəçilərinin əksəriyyəti həm də “Twitter” ilə işləyirlər, buna görə də onlar üçün “Twitter” heşteqləri doğma mühitdir.
Aynur Vəliyeva
“Facebook” heşteq sistemini tətbiq edir
“Facebook” sosial şəbəkələrin hazırda ən məşhur atributlarından biri olan heşteqləri təqdim edib.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, heşteqlər “Facebook”da, “Twitter” və ya “Instagram”da olduğu kimi, istifadəçilər tərəfindən müzakirə edilən mövzuların identifikatoru rolunu oynayır və məlumat axtarışını asanlaşdırırlar. “Facebook”un rəsmi bloqunda bildirilir ki, istifadəçilər heşteqləri hiper istinad kimi görəcəklər və onlara daxil olaraq mövzuya uyğun müzakirələri görmək olacaq.
"Heşteqlər – istifadəçilərin həmin an müzakirə etdikləri mövzu axtarışını asanlaşdırmaqda ilk addımdır", - “Facebook”un məlumatında bildirilir. “Facebook” hazırda heşteqlərin dəstəklənməsi xidmətlərini məhdud şəkildə tətbiq edir, milyardlarla istifadəçi üçün onlar yaxın həftələr ərzində təqdim ediləcək.
Müstəqil analitiklər əmindirlər ki, “Facebook” tərəfindən heşteqlərin tətbiqi ilk növbədə “Twitter” ilə reklam büdcələri üzərində rəqabətdir. Onlar eyni zamanda bildirirlər ki, “Twitter” funksionalı mesajların yazılışı üçün məhduddur, buna görə də mənalı heşteqlərin istifadəsi məntiqli və izahlıdır. “Facebook” mesajlarının həcminə məhdudiyyət yoxdur, axtarış sistemi də burada bütün şəbəkədə işləyir, buna görə də heşteqlərin mənası heç də şübhəsiz deyil.
Rəqabət faktorunu istisna etsək, ola bilsin ki, bu addım düşünülərək atılıb, çünki “Facebook” istifadəçilərinin əksəriyyəti həm də “Twitter” ilə işləyirlər, buna görə də onlar üçün “Twitter” heşteqləri doğma mühitdir.
Aynur Vəliyeva
Baxış sayı: 1252
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)