Tarix:13/06/13
Qəbul edilmiş qərara əsasən, proqram təminatı nadir hallarda patentləşdirilməlidir, müvafiq patentləri saxlayanlar isə mövcud softveyr həllərini hüquqi təqiblərə məruz qoymamalıdırlar. Burada yeganə istisna mexaniki və elektromaqnit komponentləri əvəz edən proqramlardır. Bundan başqa, ölkə parlamenti patentlərin azad proqram təminatlarını yayması üçün hüquqi məhdudiyyət olmaması haqda qərar qəbul edib. "Bu, müşahidə olunan patent hədsizliyinin qarşısının alınması istiqamətində mühüm addımdır. Almaniyanın açıq proqram təminatlarının hazırlanması fondu bu qərarı dəstəkləyir. Ölkənin əsas siyasi qüvvələri anlayırlar ki, patentlər sahənin inkişafı üçün böyük problemdir", - fondun əlaqələndiricisi Mattias Kirşner deyib.
Onun sözlərinə əsasən, hazırda Avropa və Almaniyada on minlərlə patentlər kiçik biznes üçün "böyük təhlükə" təşkil edirlər və onlara əlavə xərclər yaradır. Bu gün isə Almaniyanın kiçik biznes assosiasiyası ölkə parlamentinin qərarını müsbət qarşılayıb.
Aynur Vəliyeva
Almaniya proqram təminatının patentləşdirilməsini məhdudlaşdırır
Almaniya parlamenti proqram təminatına patentlərin məhdudlaşdırılması haqda qərar qəbul edib. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, parlament üzvlərinin son ərizəsində bildirilib ki, ölkə hökumətinin kompüter proqramlarına patentlərin verilməsini məhdudlaşdırmaq üçün müvafiq addımlar atılıb.Qəbul edilmiş qərara əsasən, proqram təminatı nadir hallarda patentləşdirilməlidir, müvafiq patentləri saxlayanlar isə mövcud softveyr həllərini hüquqi təqiblərə məruz qoymamalıdırlar. Burada yeganə istisna mexaniki və elektromaqnit komponentləri əvəz edən proqramlardır. Bundan başqa, ölkə parlamenti patentlərin azad proqram təminatlarını yayması üçün hüquqi məhdudiyyət olmaması haqda qərar qəbul edib. "Bu, müşahidə olunan patent hədsizliyinin qarşısının alınması istiqamətində mühüm addımdır. Almaniyanın açıq proqram təminatlarının hazırlanması fondu bu qərarı dəstəkləyir. Ölkənin əsas siyasi qüvvələri anlayırlar ki, patentlər sahənin inkişafı üçün böyük problemdir", - fondun əlaqələndiricisi Mattias Kirşner deyib.
Onun sözlərinə əsasən, hazırda Avropa və Almaniyada on minlərlə patentlər kiçik biznes üçün "böyük təhlükə" təşkil edirlər və onlara əlavə xərclər yaradır. Bu gün isə Almaniyanın kiçik biznes assosiasiyası ölkə parlamentinin qərarını müsbət qarşılayıb.
Aynur Vəliyeva
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)