Tarix:24/06/13
Bu ilin may ayının 26-dan iyunun 2-nə kimi Yunanıstanın Afina şəhərində Şərq döyüş sənətlərindən olan «Hap Ki Do» üzrə dünya çempionatı keçirilib.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, çempionatda dünyanın 38 ölkəsindən 1600-ə yaxın idmançı öz gücünü sınayıb. Azərbaycanı bu yarışda «Hap Ki Do» Federasiyası 21 idmançı ilə təmsil edib. Komandamız 9 qızıl, 5 gümüş, 3 bürünc medal qazanıb. 38 ölkə arasında I yerə Çexiya, II yerə Azərbaycan, III yerə isə Yunanıstan çıxıb. Azərbaycan idmançılarının sırasında döyüşlərə çıxan rabitəçi, Nizami Telefon Qovşağı, ATS 323-ün avtovağzal mühəndisi Nuriyev Rəşad Valeh oğlu dünya üçüncüsü olub.
R.Nuriyev bildirib ki, ilk döyüşünü Yunanıstan idmançısı ilə keçirib. Rəqibini asanlıqla məğlub edən idmançımız ikinci döyüşdə xorvatiyalını tam üstünlüklə məğlub edərək final mərhələsinə çıxıb. Lakin sonda türkiyəli döyüşçü ilə qarşılaşmada xal hesabı ilə uduzub.
İdmançımızın həm şəxsi treneri, həm də Azərbaycanın «Hap Ki Do» üzrə yığmasının baş məşqçisi Müşfiq Hüseynov isə bildirib ki, yarışın ümumi nəticələri ürəkaçan olub:
«Rəşad da çox yaxşı döyüşdü. Lakin idman şansı gətirmədi və finalda uduzdu. Bununla da gümuş medalın sahibi oldu. Yarışa qatılmağımızda dəstək göstərdiyinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə federasiyamız adından təşəkkürümüzü bildiririk». Məşqçi əlavə edib ki, bu, R.Nuriyevin ilk uğuru deyil. Buna qədər idmançımız 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında Avropa çempionu adını qazanıb. Bundan başqa, 2012-ci ildə Yunanıstanın Selaniki şəhərində keçirilən yarışda dünya çempionu titulunu əldə edib.
SEYMUR
Rabitəçi idmançı dünya ikincisi olub

Baxış sayı: 1503
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet