12px13px15px17px
Tarix:27/06/13

2013-cü ildə mobil tətbiq bazarının həcmi 27 milyard dollar olacaq

"ABI Research" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə mobil tətbiq bazarının həcmi 27 milyard ABŞ dolları  olacaq. "BlackBerry" və "Windows Phone" əməliyyat sistemləri üçüncü mobil platforma adı uğrunda mübarizə aparırlar.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, lakin onların "iOS" və "Android" mobil platformalarına çatmağına hələ çox var.

"Apple platforması liderliyini qoruyub saxlayır. Bu il "iOS" platformasının smartfon və planşetlər üçün mobil tətbiq bazarında əldə ediləcək mənfəətin 66%-ni təmin edəcəyi gözlənilir" – "ABI Research"in baş analitiki Coş Flad belə proqnoz verib.

Analitiklər, həmçinin hesab edirlər ki, planşetlər üçün mobil tətbiqlər tezliklə daha çox gəlir gətirəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2017-ci ilədək planşetlər üçün tətbiqlər gəlir həcminə görə lider olacaq.

Emil Hüseynov
 



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024