12px13px15px17px
Tarix:29/06/13

“Microsoft” şirkəti təhsil ocaqlarında elektron universitetin elementi olan “Office 365” “bulud” xidmətini tətbiq edir


"Microsoft" şirkəti yaxın zamanda Azərbaycanın bir sıra ali orta təhsil müəssisələrində "Office 365" xidmətini tətbiq edəcək.

Şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov "ICTnews" xəbər xidmətinə bildirib ki, bu xidmət elektron təhsilin bir hissəsidir.

"Biz artıq Azərbaycan Dövlət Texniki Universitetində, Tikinti və Memarlıq İnstitutunda, Xəzər Universitetində, Turizm Universitetində və bir neçə özəl məktəblərdə bu xidmətin tətbiqi üzrə işlərə başlamışıq. Bu xidmət vasitəsilə ali təhsil ocağında tələbə və müəllimlər üçün komfort şərait yaradılır. Belə ki, bütün tələbələrin "bulud"da eyni domenli tələbə elektron poçtu sistemi yaradılır və bu sistem çərçivəsində onların ad və soyadları üzrə taparaq lazım olan məlumatı çatdırmaq olur. Artıq tələbələr dərsə gəlmədikdə asanlıqla müəllimin təqdim etdiyi mühazirə ilə faylı bu sistemdən yükləyərək növbəti dərsə və ya imtahana hazırlaşa bilər, müəllim isə istədiyi vaxt tələbəni taparaq ona əlavə və ya təcili məlumatı bildirə bilər. Bu elektron universitetin  bir elementidir və tələbələrə hardasa sərbəstlik verir ki, onlar dərsə gəlmədikləri halda belə imtahana hazırlaşa bilsinlər", - deyə o bildirib.

Bununla yanaşı, bu elektron ünvanla "ISIC (International Student Identity Card)" güzəştli kart almaq olacaq, hazırda bu sistemə qoşulmaq üçün tələbə bileti təqdim etmək lazımdır. 


Bu kart Tələbə Vəsiqəsi Beynəlxalq Assosiasiyası tərəfindən buraxılıb və tələbə turizmin inkişafına və tələbələrin təhsil və mədəniyyət mübadiləsində iştirakını asanlaşdırmaq üçün nəzərdə tutulub. "ISIC" dünyanın 90-dan çox ölkəsində qəbul edilir və onun vasitəsilə tələbələr kafe və restoranlarda, mehmanxanalarda, dəmiryol və hava nəqliyyatına (Austrian Airlines, Lufthansa, British Arways, Air France) bilet aldıqda güzəştli qiymətlərdən istifadə edə bilir. Bu kartı ali təhsil ocaqlarının tələbələri ilə yanaşı, məktəb, lisey, gimnaziyalarda oxuyan 12 yaşından böyük uşaqlar istifadə edə bilərlər.

Aynur Vəliyeva
 

 




Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024