12px13px15px17px
Tarix:01/07/13

Azərbaycanda dəniz dalğası enerjisindən istifadə oluna bilər


Perspektivdə Azərbaycanda dəniz dalğası enerjisindən istifadə mümkündür. Bunu Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia mətbuat konfransında deyib. Onun sözlərinə görə, Aİ Azərbaycanı alternativ enerjinin inkişafı sahəsində dəstəkləyir. İttifaq alternativ enerji üzrə proqramın hazırlanmasına 14 milyon avro ayırıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov isə deyib ki, Azərbaycanda alternativ enerjinin inkişafı strategiyasının hazırlanması çərçivəsində araşdırmalar aparılıb və tarif sistemi, kadr siyasəti üzrə təkliflər hazırlanıb. A.Bədəlov həmçinin bildirib ki, strategiya hökumətə təqdim edilib.

RƏVAN



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024