12px13px15px17px
Tarix:04/07/13

Kompüter mausunun ixtiraçısı dünyasını dəyişib


 Duqlas Engelbart 88 yaşında ABŞ-da dünyasını dəyişib. Bu barədə Kompüter Tarixi Muzeyinin twitter mikrobloqunda bildirilib.

Hipermətn konsepsiyası, telekonfrans, kompüter şəbəkələri, çoxpəncərəli rejim, qrafik interfeys və informasiya ilə birgə iş konsepsiyalarının yaradılması və inkişafı Engelbartın adı ilə bağlıdır. O, həmçinin kompüter mausunun ixtiraçısı kimi tanınır.

Engelbart 1925-ci ildə ABŞ-da doğulub və Oreqon Universitetində təhsil alıb. Təhsilini bitirməmiş ABŞ Hərbi Dəniz Qüvvələrinə çağırılıb. Enqelbart iki il Filippində radioçu vəzifəsini icra edib.
Engelbart ordudan tərxis edildikdən sonra kollecə qayıdaraq elektrotexnika bakalavrı dərəcəsini alıb və 1948-ci ildə Kaliforniya Universitetində təhsilini davam etdirib. O, 1957-ci ildən “SRI International” tədqiqat təşkilatı ilə əməkdaşlıq edib.

Engelbart “SRI International” tədqiqat təşkilatında “ARC” (Augmentation Research Center) laboratoriyasını yaradıb. “SRI”-nin hazırlamaları ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar İdarəsi tərəfindən maliyyələşdirilirdi və təşkilat müasir internetin sələfi –
 “ARPANET” şəbəkəsinin yaradılmasında iştirak edib.
 
1968-ci il dekabrın 9-da Engelbart mausu ictimaiyyətə təqdim edib. 1970-ci ildə alim mausun ixtirasına görə patent alıb.

İlk maus kiçik ağac qutudan ibarət olub. Qutunun daxilində 2 perpendikulyar çarx və düymə yerləşmişdi. Engelbart öz ixtirasına görə lisenziya ödənişi almırdı, çünki patent “SRI” təşkilatı üzərinə rəsmiləşdirilmişdi. Daha sonra “Apple” şirkəti sözügedən hazırlamadan istifadə etmək hüququndan ötrü “SRI” təşkilatına 40 min ABŞ dolları ödəyib.

Engelbart öz ixtiralarına görə bir çox mükafatlara (Türinq mükafatı, Texnologiya və İnnovasiya Milli Medalı, Lemelson—MIT mükafatı) layiq görülüb.

Emil Hüseynov
 



Baxış sayı: 957

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024