12px13px15px17px
Tarix:09/07/13

“Android” platformasının ən populyar versiyası bəlli olub

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarından istifadəyə dair statistikanı  paylaşmağa davam edir.

İyun ayı üzrə nəzərəçarpacaq hadisə o olub ki, “Jelly Bean” versiyası ilk dəfə olaraq populyarlığa görə “Android 2.3 Gingerbread” platformasını ötməyə müvəffəq olub. ƏS-nin digər versiyaları paylarını itirməyə davam edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, statistikaya əsasən, mobil qurğuların 37.9%-i “Jelly Bean” versiyası əsasında işləyir. Bir ay ərzində “Android 4.2”-nin payı 1.6% artaraq 5,6% olub. “Android 4.1”-in payı 3,3% artaraq 32,3% olub.

“Gingerbread” versiyasının aktivində bazarın 34,1%-i var. Bu da ötən ayla müqayisədə 2.4% azdır. “Android 2.2”-nin payı dəyişməz (3,1%) qalıb.

Emil Hüseynov
 



Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024