Tarix:10/07/13
Kosmik obyektlərin öyrənilməsində istifadə edilən teleskopların avtomatlaşdırılmasına hazırda dünyada çox az rəsədxanada rast gəlinsə də, Azərbaycanda bu prosesin bütün teleskoplara tətbiqi nəzərdə tutulur.
Hazırda AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 6 teleskop fəaliyyət göstərir ki, onlardan da 2-si günəş, 4-ü ulduz teleskopudur. Qarşıdakı illərdə tədricən bu teleskopların da idarəolunma sistemləri avtomatlaşdırılacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə rəsədxanadan məlumat verilib. ŞAR-dan qeyd edilib ki, artıq iki metrlik əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılıb. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınıb, xüsusi kameralar və kriogen qurğusu quraşdırılıb.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası 1960-cı ildə fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə üstünlüklərə malikdir.
Mütəxəssislərin rəyinə görə, burada aydın gecələrin sayı il ərzində 200-ə çatır. Rəsədxananın Bakı şəhər bölməsi, “Günəş fizikası”, “Günəş və Yer əlaqələri”, “Planetlər və kiçik səma cisimləri” və digər şöbələri var. Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılıb. Rəsədxanada qalaktikanın, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
Burada ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, həmçinin Günəş fizikası istiqamətində elmi işlər görülür. Eyni zamanda Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilir.
Həqiqət İSABALAYEVA
Azərbaycanda bütün teleskopların idarəolunma sistemləri avtomatlaşdırılacaq

Baxış sayı: 795
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet